Mediaxeberleri.az
    
  • Qaraçuxurda kanalizasiya PROBLEMİ - VİDEO
    Qaraçuxurda kanalizasiya PROBLEMİ - VİDEO
  • 
  • “MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”
    “MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”
  • 
  • Qazaxda “Heydər Əliyev ideyalarının işığında” adlı tədbir keçirilib
    Qazaxda “Heydər Əliyev ideyalarının işığında” adlı tədbir keçirilib
  • 
  • Məmmədlidə evlər hələ də su altındadır: Zəhərli ilanlar peyda olub - VİDEO
    Məmmədlidə evlər hələ də su altındadır: Zəhərli ilanlar peyda olub - VİDEO
  • 
  • Qızıl ucuzlaşdı - VİDEO
    Qızıl ucuzlaşdı - VİDEO
  • 
  • “Rüstəm İbrahimbəyovu təhqir edən Ayaz Salayev” - VİDEO
    “Rüstəm İbrahimbəyovu təhqir edən Ayaz Salayev” - VİDEO
  • 
  • Neft həftəni bu qiymətlə yekunlaşdırdı
    Neft həftəni bu qiymətlə yekunlaşdırdı
  • 
  • “AZƏRBAYCAN DA AVROPAYA LAZIM OLANI 5 QAT BAHA SATMALIDIR” – “Paşinyanın ciddiliyini yoxlamaq istəyiriksə, 2 məsələyə fikir vermək lazımdır... ”
    “AZƏRBAYCAN DA AVROPAYA LAZIM OLANI 5 QAT BAHA SATMALIDIR” – “Paşinyanın ciddiliyini yoxlamaq istəyiriksə, 2 məsələyə fikir vermək lazımdır... ”
  • 
  • 80 qəpiklik dondurma ilə 9 manatlıq dondurmanın fərqi...
    80 qəpiklik dondurma ilə 9 manatlıq dondurmanın fərqi...
  • 
  • Qubada kəndin örüş sahələri satılır? - VİDEO
    Qubada kəndin örüş sahələri satılır? - VİDEO
  • 
  • Bəzi rayonlara intensiv yağış yağır
    Bəzi rayonlara intensiv yağış yağır
  • 
  • Dollar ucuzlaşır? - AÇIQLAMA
    Dollar ucuzlaşır? - AÇIQLAMA
  • 
  • Neft sürətlə ucuzlaşır, qızıl bahalaşır - Ekspert
    Neft sürətlə ucuzlaşır, qızıl bahalaşır - Ekspert
  • 
  • Hansı balıqları yemək təhlükəlidir? - ARAŞDIRMA
    Hansı balıqları yemək təhlükəlidir? - ARAŞDIRMA
  • 
  • Bu içkidən qəfil imtina miqrenə səbəb ola bilər
    Bu içkidən qəfil imtina miqrenə səbəb ola bilər
  • 
  • “Yazırlar ki, Məhərrəmlikdə ad gününə getdin, başına pis iş gəldi”
    “Yazırlar ki, Məhərrəmlikdə ad gününə getdin, başına pis iş gəldi”
  • 
  • Xalq Şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib
    Xalq Şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib
  • 
  • Ağstafaya dolu düşdü - Foto
    Ağstafaya dolu düşdü - Foto
  • 
  • Qurban Qurbanov gedənlər və gələnlər haqda danışdı - MÜSAHİBƏ
    Qurban Qurbanov gedənlər və gələnlər haqda danışdı - MÜSAHİBƏ
  • 
  • Xətaidə konsert proqramı... - Foto
    Xətaidə konsert proqramı... - Foto
  • 
  • PREZİDENTDƏN YÜKSƏK VƏZİFƏYƏ TƏYİNAT - Hüseyn Əliyev kimdir?
    PREZİDENTDƏN YÜKSƏK VƏZİFƏYƏ TƏYİNAT - Hüseyn Əliyev kimdir?

Son xəbərlər :
  • Tanışına 3 bıçaq zərbəsi vuran şəxsə 6 il 6 ay həbs cəzası: “Özümü müdafiə etdim”
  • Səməd Vurğunun pianoçu nəticəsi: Stalin haqqında ən gözəl şeiri Mikayıl Müşfiq yazıb - MÜSAHİBƏ
  • İran ABŞ-ın hərbi obyektlərini vurdu
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər - Ali Məhkəmə
  • Berdiməhəmmədov azərbaycanlı nazirlə görüşdü
  • Qax–Balakəndə sel: qatarların hərəkəti məhdudlaşdırıldı
  • Konfrans Liqası: "Zirə" "Torpedo"ya qarşı... - Canlı
  • Bölgələrə yenə güclü yağış yağır - hava haqqında
  • Konstitusiya Məhkəməsindən cinayət işləri ilə bağlı yeni qərar
  • Elnur Rüstəmova 10 min manat veriləcək
  • İlham Əliyev İordaniya baş nazirinin müavinini qəbul etdi
  • Azərbaycanda qanunsuz yaşayan 5 minə yaxın əcnəbi saxlanıldı
  • İT mütəxəssisləri üçün sosial sığorta haqqı üçün yeni dərəcələr müəyyənləşir
  • ADSEA sayğaclarla bağlı suallara cavab verdi
  • Məhkəmə həbsdə olan şirkət rəhbəri ilə bağlı qərar çıxardı
  • Müəllimlər üçün vahid geyim tələbləri tətbiq olunacaq - valideynlərə yeni vəzifə verilir...
  • Təhsil işçilərinə şad xəbər: İctimai nəqliyyatda ödənişlərin 10%-i geri qaytarılacaq
  • Bibisi qızının ərinə xəyanət etdiyini düşünərək ona 35 bıçaq zərbəsi vurdu, digərini öldürdü: “Tez ölməsini istəyirdim”
  • Səfərbərlik Xidmətinin vəzifəli şəxsinin cinayət işi məhkəməyə göndərildi
  • Məğlubiyyətdən sonra istefa verdi
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

AZƏRBAYCAN MƏHKƏMƏSİNDƏ ŞOK – Qətl ittihamı ilə 11 il iş alana bəraət verildi!

  • Tarix: 28-12-2023, 21:17

Qəsdən adam öldürmə ittihamıyla 11 il azadlıqdan məhrum edilən və 4 ildir həbsdə olan Polad İsmayılova bəraət verilib. O, dekabrın 28-də Şəki Apellyasiya Məhkəməsinin hökmüylə bəraət alaraq, məhkəmə zalından azadlığa buraxılıb.

Hökmü Rövşən Rəfiyev, Xaqani Məmmədov və Elçin Hüseynovdan ibarət hakimlər kollegiyası çıxarıb. Məhkəmə onun təqsirsiz olduğu qənaətinə gəlib. Onlar P.İsmayılova bəraət verməklə yanaşı, həm də bu işin istintaqını aparan şəxslər haqqında xüsusi qərar çıxarıb.

50 yaşlı Polad İsmayılov 2011-ci ilin fevralında Zaqatalada 61-yaşlı Seyran Əyyubovanı qətlə yetirməkdə suçlanırdı. O, hadisədən 9 il sonra – 2020-ci ilin fevralında həbs olunub. Öncə ona polisə müqavimət ittihamıyla – İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə 10 sutka həbs cəzası verilib. Sonradan isə S.Əyyubovanın qətlilə bağlı ittiham irəli sürülüb. İddia edilib ki, P.İsmayılov inzibati həbsdə olduğu müddətdə məktub yazıb, 9 il öncə törətdiyi cinayətə görə vicdan əzabı çəkdiyini və indi etiraf etdiyini göstərib.

Cinayət işinin materiallarına görə, “Mega Trans” MMC-də sürücü işləyən, yük maşınları idarə edən P.İsmayılov Zaqatala-Balakən bölgəsində olanda evini müxtəlif adamlara günlük kirayə verən S.Əyyubovanın evində qalırdı. O evdə elə gün olub ki, eyni vaxtda 10-15 nəfər gecələyib. Qətlin səbəbinə gəlincə, iddia olunur ki, P.İsmayılov hadisədən bir neçə il öncə S.Əyyubovanın evinə qadın gətirib. Ev sahibi bir müddət sonra bu haqda polisə məlumat verib. Bu üzdən də aralarında ədavət yaranıb. Bundan başqa, hadisədən bir gün öncə gecə ev sahibi P.İsmayılova onun istədiyi çarpayıda yatmağa icazə verməyib. Deyib ki, orada başqası yatacaq. Səhər oyananda P.İsmayılov həmin çarpayının boş olduğunu görüb, qadının ona yalan danışdığını düşünüb. Bu səbəblərdən ondan qisas almaq qərarına gəlib. Bu ittihamla 2020-ci ildə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 11 il azadlıqdan məhrumetmə cəzası kəsilib. Şəki Apellyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb.


Lakin 2023-cü il mayın 26-da Ali Məhkəmə aşağı instansiyanın qərarını ləğv edib. Rəşad Abdulovun sədrlik etdiyi hakimlər kollegiyası bu işdə çoxsaylı ziddiyyətlər olduğunu əsas gətirərək, yenidən araşdırılması üçün apellyasiya instansiyasına qaytarıb. P.İsmayılov Şəki Apellyasiya Məhkəməsində təkrar araşdırmalar zamanı bildirib ki, 4 ilə yaxındır törətmədiyi cinayətə görə cəza çəkir. Onun sözlərinə görə, 9 il bağlı qalmış cinayətin üstünün açılması görüntüsünü yaratmaq üçün onu qurban seçiblər. O vurğulayıb ki, cinayəti işgəncə, təhdid yoluyla onun üzərinə qoyublar: “Əl-ayağımı “skoçladılar”, o qədər döydülər, deyiləsi deyil. Gördülər ki, alınmır. Eləmədiyim şeyi necə boynuma götürüm. Məni övladlarımla hədələdilər, bir də dedilər ki, o murdar hərəkəti də boynuna qoyacağıq. Bildim ki, bunlardan nə desən, gözləmək olar. Övladlarım, ailəm var, mən o adla həyatıma necə davam eləyim, ona görə razılaşdım...”

Dekabrın 28-də məhkəmədə prokuror 11 illik hökmün qüvvədə saxlanmasını istəyib. Dövlət ittihamçısı Abdulla Abdullayev bildirib ki, P.İsmayılovun bu cinayəti törətməsi konkret faktlarla sübuta yetirilib. P.İsmayılovun vəkili Zabil Qəhrəmanov isə müvəkkilinin təqsirsiz olduğunu vurğulayaraq, ona bəraət verilməsini istəyib: “Polad İsmayılovun qan qrupu birinci qrupdur, hadisə yerindən tapılmış qan isə üçüncü qrupdur. Yazıblar ki, evə Yeganə adlı qadını gətirib. Niyə prokurorluq o Yeganənin kimliyini müəyyənləşdirməyib, onu dindirməyib? Çünki belə bir boşanmış adam yoxdur, yalandır. Hadisədən sonra kranın altından qanlı bıçaq tapılıb. Polad İsmayılov isə ifadəsində deyir ki, öldürəndən sonra bıçağı aparıb, Kürdəmirdə çaya atmışam. Cinayət evin başqa otağında baş verib, Polad İsmayılov isə videogörüntülərdə zalı göstərir...”, - vəkil işdəki ziddiyyətlərin bir qismini sadalayıb.

P.İsmayılov özü isə son sözündə təqsirsiz olduğunu vurğulayıb və məhkəmədən ədalətli hökm çıxarmasını istəyib. Ardından müşavirəyə gedən hakimlər təxminən 15 dəqiqə sonra geri qayıdaraq, bəraət hökmünü elan edib.

P.İsmayılov azadlığa çıxandan sonra “Azadlıq” radiosuna açıqlamasında deyib ki, törətmədiyi cinayət onun boynuna qoyulmuşdu. Bu baxımdan, azadlıq onun haqqı idi: “Bu haqqımın mənə qaytarılmasında mənə yardım edən vəkilimə, bəraət hökmünü çıxaran hakimlərə, həmçinin Ali Məhkəmədə işimə düzgün baxan Rəşad Abdulova minnətdaram. Cinayəti aça bilmirdilər, mən də fağır adamam, yıxmışdılar üstümə. Amma Allah var, gec də olsa, ədalət oldu...”

“AzPolitika.info”


Oxunub: 895
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 11:47 | Tanışına 3 bıçaq zərbəsi vuran şəxsə 6 il 6 ay həbs cəzası: “Özümü müdafiə etdim”
    Dünən, 11:45 | Səməd Vurğunun pianoçu nəticəsi: Stalin haqqında ən gözəl şeiri Mikayıl Müşfiq yazıb - MÜSAHİBƏ
    Dünən, 11:40 | İran ABŞ-ın hərbi obyektlərini vurdu
    Dünən, 11:38 | Qonşunu izləyən kamera qanunsuz sayıla bilər - Ali Məhkəmə
    8-07-2026, 21:50 | Berdiməhəmmədov azərbaycanlı nazirlə görüşdü
    8-07-2026, 20:13 | Qax–Balakəndə sel: qatarların hərəkəti məhdudlaşdırıldı
    8-07-2026, 20:09 | Konfrans Liqası: "Zirə" "Torpedo"ya qarşı... - Canlı
    8-07-2026, 11:47 | Bölgələrə yenə güclü yağış yağır - hava haqqında
    8-07-2026, 11:39 | Konstitusiya Məhkəməsindən cinayət işləri ilə bağlı yeni qərar
    8-07-2026, 11:37 | Elnur Rüstəmova 10 min manat veriləcək
    8-07-2026, 11:14 | İlham Əliyev İordaniya baş nazirinin müavinini qəbul etdi
    8-07-2026, 11:12 | Azərbaycanda qanunsuz yaşayan 5 minə yaxın əcnəbi saxlanıldı
    7-07-2026, 12:57 | İT mütəxəssisləri üçün sosial sığorta haqqı üçün yeni dərəcələr müəyyənləşir
    7-07-2026, 12:07 | ADSEA sayğaclarla bağlı suallara cavab verdi
    7-07-2026, 11:26 | Məhkəmə həbsdə olan şirkət rəhbəri ilə bağlı qərar çıxardı
    7-07-2026, 11:23 | Müəllimlər üçün vahid geyim tələbləri tətbiq olunacaq - valideynlərə yeni vəzifə verilir...
    7-07-2026, 10:50 | Təhsil işçilərinə şad xəbər: İctimai nəqliyyatda ödənişlərin 10%-i geri qaytarılacaq
    7-07-2026, 10:48 | Bibisi qızının ərinə xəyanət etdiyini düşünərək ona 35 bıçaq zərbəsi vurdu, digərini öldürdü: “Tez ölməsini istəyirdim”
    7-07-2026, 10:46 | Səfərbərlik Xidmətinin vəzifəli şəxsinin cinayət işi məhkəməyə göndərildi
    7-07-2026, 10:11 | Məğlubiyyətdən sonra istefa verdi
    7-07-2026, 10:09 | Bəzi rayonlara leysan yağır
    7-07-2026, 10:07 | AZAL məlumat yaydı: bu marşrut üzrə reyslər bərpa olundu
    7-07-2026, 10:06 | Bu nazirə yeni müavin təyin edildi - Sərəncam
    6-07-2026, 12:47 | Rusiyada miqrantların deportasiya qaydaları sərtləşdirilir - Yeni tələblər açıqlandı
    6-07-2026, 12:02 | Cəmilə Qurbanova vəzifəsindən azad edildi - FOTO
    6-07-2026, 11:56 | Kiyevdə yenə matəm elan edildi
    6-07-2026, 11:55 | Tiflisdə öldürülən Fatimə ilə bağlı rəsmi açıqlama
    6-07-2026, 11:53 | Bu şəxslər pensiyaya 20 il tez çıxa bilər
    6-07-2026, 11:50 | Çində yaşayış binasında yanğın - 5 nəfər öldü
    5-07-2026, 13:36 | Zərdabda su arxından meyit tapıldı
    5-07-2026, 13:32 | Yeddi "OPEC+" ölkəsi razılığa gəldi
    5-07-2026, 13:23 | ABŞ-da dəhşətli istilər: 25 nəfər öldü
    5-07-2026, 11:19 | Bu rayonlara yağış yağdı, ildırım çaxdı - Faktiki hava
    5-07-2026, 11:18 | Avropa üçüncü dünya ölkəsinə çevrilir - Tramp
    5-07-2026, 10:35 | Zelenski və Tramp razılığa gəldi
    5-07-2026, 10:24 | Bu gün imtahan var
    5-07-2026, 10:23 | Müharibəyə son qoymaq üçün real perspektiv var - Zelenski
    5-07-2026, 10:21 | Naxçıvan reysində gecikmələr var - AZAL
    5-07-2026, 10:19 | Azərbaycanda zəlzələ oldu
    4-07-2026, 14:05 | Azərbaycanda zəlzələ oldu
    4-07-2026, 13:39 | Toy etmək istəyənlər üçün vacib xəbər: Məhərrəm və səfər ayları bu tarixdə bitir
    4-07-2026, 13:37 | Tanınmış jurnalist vəfat etdi - FOTO
    4-07-2026, 13:35 | Azərbaycanlı Kamil və "banda"sı tutuldu - Milyonluq dələduzluq...
    4-07-2026, 13:33 | Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində şok yeyinti: Akt tərtib olunub, amma…
    4-07-2026, 13:30 | RUSİYAYA GEDƏN AZƏRBAYCANLILARA YENİ TƏLƏB - Qüvvəyə mindi (VİDEO)
    4-07-2026, 13:27 | PİRVERDİYEVİN "SAĞ ƏLİ " HƏBS EDİLDİ - 3 milyondan çox mənimsəmə + FOTO
    4-07-2026, 11:43 | Şahin Şıxlinski bu məhbuslarla mübadilə ediləcək? - O, əmin və nikbindir
    4-07-2026, 11:40 | Töhmət alan MƏMURLAR - İşdən çıxarılanlar və hələ də qalanlar
    4-07-2026, 11:38 | Azərbaycanda tanınmış jurnalist ürək tutmasından vəfat etdi - FOTO
    4-07-2026, 11:15 | Azərbaycan nefti bahalaşıb
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.