SON DƏQİQƏ! Faiq Qarayevin səhhətində problem yarandı - Təcili əməliyyata götürüldü
Azərbaycanın məşhur məşqçisi Faiq Qarayev əməliyyat olunub. Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, qadınlardan ibarət voleybol üzrə Azərbaycan yığmasının baş məşqçisinin böyrəyində problem yaranıb və o, təcili əməliyyata alınıb. Baş məşqçinin əməliyyat olunduqdan sonra vəziyyəti yaxşıdır. Bu barədə məlumat Federasiyadan təsdiq edilib. Qeyd edək ki, Faiq Qarayev bir neçə gün öncə qadınlardan ibarət voleybol üzrə Azərbaycan yığmasının baş məşqçisi təyin edilib.
Oxunub: 669
Xəbəri paylaş
Paylaş: