Dövlət Sirri ilə bağlı Prezidentdən mühüm qərar
Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın yeni tərkibi təsdiqlənib. Mediaxeberleri.AZ xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev müvafiq fərman imzalayıb. Dəyişikliyə əsasən, Komissiyanın statusu dəyişib və Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya olub. Bununla yanaşı, Komissiyanın sədri Baş nazirinin birinci müavini deyil, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi olacaq. Komissiyanın yeni tərkibini təqdim edirik: Komissiyanın sədri Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Komissiyanın üzvləri Azərbaycan Respublikası müdafiə nazirinin müavini Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Azərbaycan Respublikası daxili işlər nazirinin müavini Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Azərbaycan Respublikası maliyyə nazirinin müavini Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin müavini Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti rəisinin müavini Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin müavini Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti.