Kolleclərin müstəqil statusu ləğv olunacaq - Ekspert
Kolleclərin böyük əksəriyyəti müasir dövrün çağırışlarına cavab vermir və maddi texniki bazaları zəifdir, əmək bazarı ilə ayaqlaşmır. Mediaxeberleri.AZ xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov deyib. “Ölkəmizdə hazırda 55 orta ixtisas təhsili müəssisəsi - kollec var. Burada 62.423 subbakalavr - tələbə təsil alır. Onların mütəxəssis kimi yetişməsilə 6078 müəllim məşğul olur”, - Əsədov bildirib. Onun sözlərinə görə, təhsilin əlçatanlılığı üçün müəssisələrin təhsil haqqının az olması vacibdir: “Cəmiyyətin kollec ilə bağlı düşüncəsi və yanaşması müxtəlifdir. Bəziləri elə düşünür ki, kolleclər lazım deyil və bilik, bacarıqları zəif olanlar burada təhsil alır. Bir məqamı qeyd edim ki, müzakirə olunan Təhsil haqqında qanun qəbul olunandan sonra kolleclərin bir pillə olaraq mövcudluğu sual altına düşəcək və kolleclərin ləğv olunacağını da demək olar. Belə ki, onlar universitetlərin daxilində bir pillə kimi olacaqlar”.