UEFA 10 klubu avrokuboklardan uzaqlaşdıracaq?
"Barselona", PSJ, "Milan" və "Mançester Siti" avrokuboklardan kənarlaşdırıla bilər. Mediaxeberleri.AZ xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb. Bildirilib ki, UEFA maliyyə feyr-pley qaydalarını pozma ehtimalı olan bir neçə Avropa klubuyla bağlı araşdırma aparır. Xüsusilə, söhbətin Kataloniya təmsilçisinin gəlirləri və digər maliyyə əməliyyatları ilə bağlı şübhəli hesablardan getdiyi qeyd edilir. Adları çəkilənlərdan başqa, daha 6 klubun feyr-pley qaydalarını pozmaqda şübhəli bilindiyi vurğulanıb. UEFA-nın onları avrokuboklardan diskvalifikasiya edə biləcəyi iddia edilib. Nəşr bu iş üzrə qərarın 2024-cü ilin fevralında veriləcəyini bildirir.
Oxunub: 795
Xəbəri paylaş
Paylaş: