20 milyonluq futbolçuya görə 100 milyon ödəyəcəklər?
"Mançester Yunayted" "Benfika"nın yarımmüdafiəçisi Joao Neveslə maraqlanır, Mediaxeberleri.AZ xəbər verir ki, bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb. Qeyd olunur ki, Lissabon klubu 19 yaşlı istedadını 100 milyon avrodan aşağı qiymətə buraxmayacaq. Bu məbləğ futbolçunun müqaviləsində sərbəstqalma bəndi kimi göstərilir. Bu mövsüm Joao Neves "Benfika"nın heyətində bütün turnirlərdə 25 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Transfermarkt portalı Portuqaliya millisinin müdafiəçisinin dəyərini 20 milyon avro qiymətləndirib.
Oxunub: 466
Xəbəri paylaş
Paylaş: