Dünya çempionu uğurunun sirrini açıqladı: Bakıda öyrəndim
"Formula 1" üzrə dünya çempiomi, "Red Bull" sürücüsü Maks Ferstappen maraqlı açıqlama verib. Mediaxeberleri.AZ xəbər verir ki, niderlandlı pilot "Racingnews365"ə açıqlamasında Azərbaycan Qran-Prisinin onun bu mövsümki çıxışında böyük rol oynadığını bildirib: “Bakıdakı yarış zamanı çox şey öyrəndim. Avtomobillə müəyyən işləri necə etmək və onu necə qurmaq, idarə etmək və s. Bəli, Bakıdakı yarışı qazanmadım, amma həqiqətən də avtomobillə bağlı çox şeyləri və müxtəlif məsələləri sınaqdan keçirdim. Yarış irəlilədikcə, bir az çətinlik çəkdim, amma bir anda öyrəndiklərimlə yaxşı bir ritmə düşdüm. Sonra təkərlərlə bağlı problem yaşamağa başladım, amma bunun növbəti yarışlar üçün əla dərs olacağını anladım. Ümumiyyətlə, mən hər şeyi praktika olaraq Bakıda tətbiq etdim və o vaxtdan bəri bu, mənə hər yarışda kömək etdi”. Qeyd edək ki, Maks Ferstappen Azərbaycandakı yarışdan sonra baş tutan 18 qran-pridən 17-də qələbə qazanıb.