Ümumi təhsil müəssisələri üzrə pedaqoji işçilər üçün təşkil olunan təlim sona çatdı - FOTOLAR
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin ümumi təhsil müəssisələri üzrə ölkənin müxtəlif şəhər və rayonlarında pedaqoji işçilər üçün “Şagirdlərin sosial-emosional sağlamlığı və təhlükəsizliyi” üzrə ixtisasartırma təlimləri həyata keçirilib. Təlim zamanı - İnsan hüquqları; - İnsan hüquqları üzrə təhsil; - İnsan alveri; - Stereotip və önmühakimə; - Gender bərabərliyi; - Ayrıseçkilik; - Zorakılıq; - Bullinq və onun qarşısının alınması; - Bullinq davranışının təsirləri; - Bullinq davranışı ilə mübarizə; - Anti-bullinq siyasətinin formalaşması kimi mövzular əhatə olundu. Qrup işləri icra edilib, real nümunələr əsasında fikir mübadilələri aparılıb.
Qeyd edək ki, təlimlər yekunlaşıb və iştirak edən hər bir müəllim imtahan verərək sertifikat əldə edəcək.