Xankəndidə tarixi oyun: "Qarabağ" qalib gəldi
Azərbaycan Kubokunun 1/8 final mərhələsində Xankəndi şəhər stadionunda üz-üzə gələcək “Qarabağ” və MOİK komandaları start heyətlərini açıqlayıblar. Mediaxeberleri.AZ xəbər verir ki, komandalar aşağıdakı “11-lik”lərlə meydana çıxacaqlar. “Qarabağ”: Luka Quqeşaşvili, Mateus Silva, Bəhlul Mustafazadə, Rahil Məmmədov, Elvin Cəfərquliyev, Marko Yankoviç, Riçard Almeyda, Nəriman Axundzadə, Redon Cica, Hamidu Keyta, Juninyo. Ehtiyat oyunçular: Andrey Lunyov, Amin Ramazanov, Bədavi Hüseynov, Marko Veşoviç, Toral Bayramov, Abbas Hüseynov, Julio Romao, Patrik Andrade, Yassin Benzia, Abdullah Zubir, Leandro Andrade, Adama Diakabi. Baş məşqçi: Qurban Qurbanov. MOİK: Zeynal Əhmədzadə, Fərid Abbaslı, Nicat Əskərov, Nurlan Bayramov, İsa Zeynallı (k), Ramil Orucov, Xəyal Bədirov, Elvin Vəliyev, Elmir Rəhimzadə, Sabir Allahquliyev, Ülvi İbazadə. Ehtiyat oyunçular: Ayxan Qocayev, Məhmməd Qurbanov, Nihad Ağayev, Həsrət Mürsəlov, Cavidan Abbaszadə, Samir İbrahimov, Raul Musayev, Murad Musayev, Elşən Veysov, Elçin Bayramov. Baş məşqçi: Qəzənfər Abbasov. *** Azərbaycan Kubokunun 1/8 final mərhələsində Xankəndi şəhər stadionunda “Qarabağ”-MOİK oyunu başladı. *** “Qarabağ”-MOİK matçının 29-cu dəqiqəsində “Köhlən atlar” hesabı açsa da, qol oyundan kənardan vurulduğu üçün qeydə alınmayıb. *** “Qarabağ”-MOİK matçında ilk hissə başa çatdı. Futbolçular paltardəyişmə otağına yollandılar. *** “Qarabağ”-MOİK oyununda ikinci hissənin start fiti səsləndi. *** Xankəndi şəhər stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. 90+3-cü dəqiqədə Nəriman Axundzadə qələbə qoluna imza atıb. “Köhlən atlar” 1/4 “Sabah”la üz-üzə gələcək.