FHN Ağstafada toplanış məşqi keçirdi - Foto
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Ağstafa rayonunda Ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə məşq keçirib. Mediaxeberleri.Az xəbər verir ki, Məşqə müvafiq idarə və təşkilatlarda yaradılmış ərazi mülki müdafiə qüvvələrinin, rayon kommunal xidmətlərinin, ərazi xilasetmə və kəşfiyyat dəstələrinin şəxsi heyət və texnikaları cəlb olunub. Məşqin keçirilməsində əsas məqsəd fövqəladə hallardan mühafizə və mülki müdafiə sahəsində normativ sənədlərin tələblərinə əməl olunması, rabitə və xəbərdarlıq sisteminin vəziyyəti, fövqəladə hadisələr təhlükəsi yaranan və ya baş verən zaman mülki müdafiə qüvvələrinin xəbərdarlığı və toplanışı üzrə hazırlığının qiymətləndirilməsi olub. Məşq zamanı Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Seymur Orucov və Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin məsul əməkdaşları tərəfindən qüvvələrə baxış keçirilib. Təlim uğurla reallaşdırılıb və qarşıya qoyulan məqsədlərə nail olunub.