Efirdə Günaya gəlinlik göndərdi - VİDEO
Müğənni Günay İbrahimli üçün efirə gəlinlik gətirilib. Mediaxeberleri.Az bizim.media-ya istinadən bildriir ki, hadisə sənətçinin qonaq olduğu "Xəzər axşamı" verilişində yaşanıb.
Proqramın aparıcısı Mətanət Əliverdiyeva gəlinliyin Günayın tanışı olan qadın tərəfindən göndərildiyini bildirib:
"Günay, bir xanım sənin üçün verilişimizə gəlinlik göndərib. Özünün də bir hekayəsi var. Bu xanım səni, sən də onu tanıyırsan. O, dərzidir. Qadının adını anonim saxlayırıq. O deyib ki, nə zaman Günayın toyu olsa, bu gəlinliyi geyinsin. Öz əli ilə bunu tikib".
Hədiyyəni bəyənən İbrahimli "Bu gəlinliyi kim hazırlayıbsa, əllərinə sağlıq olsun. Gəlinliyin üzərində gözəl çalışıb. Özü də bilir ki, gülü sevirəm, ona görə yaxasına gül də qoyub. Gəşəng və sadə bir gəlinlikdir. Sadəcə mənə gəlinliyin ətək hissəsinin həcmli olması yaraşmır. Amma üst hissəsi zərif və gözəldir. Əsas gəlinlik deyil, əsas xoşbəxtlikdir. Əgər xanım bu gəlinliyi toyumda geyinməyimi arzulayırsa, baş üstə, geyinərəm".
Mətanətin "Toyun nə vaxtdır?" sualına isə Günay "İnşallah! Mən bütün xanımlara xoşbəxtlik arzu edirəm. Sevin, sevilin! Ən önəmlisi də budur. Gəlinliyin, restoranın ucuz və ya bahalı olmasının heç bir fərqi yoxdur. 17 ildir ki, oxuyuram və çox toylarda çıxış və iştirak etmişəm. Əsas ailədə inam və sevgi olmalıdır" cavabını verib.