Lənkəranda uşaq bağçasının binası qəzalı vəziyyətdədir - VİDEO
Lənkəran rayonunun Sütəmurdov kəndində yerləşən körpələr evi - uşaq bağçasının binası qəzalı vəziyyətdədir. Mediaxeberleri.Az-ın məlumatına görə, 50 il ərzində binada təmir edilən yalnız dam örtüyü olub. 1973-cü ildən fəaliyyətə başlayan binada 50 il ərzində bir dəfə əsaslı təmir aparılıb, dam örtüyü dəyişdirilib. İndi bağçanın yararsız vəziyyətdə olması valideynləri və pedaqoji kollektivi narahat edir. Məsələyə Lənkəran-Astara Regional Təhsil İdarəsindən münasibət bildirilib. Qurumun Lənkəran sektoru üzrə məsləhətçisi İranə Məhərrəmzadə mövcud vəziyyətdən xəbərdar olduqlarını və yaxın vaxtlarda yeni bağça binasının tikiləcəyini deyib. Ətraflı süjetdə:
Oxunub: 304
Xəbəri paylaş
Paylaş: