Göyçayın 12 kəndində elektrik problemi həll olunur - FOTO
Noyabrın 3-də Göyçay rayonunun Mırtı kəndi ərazisində “Azərişıq” ASC tərəfindən 35/10 kV-luq yarımstansiyasının tikintisi işlərinə başlanılıb. AZƏRTAC xəbər verir ki, “Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin Göyçay Elektrik Şəbəkəsinin məlumatına əsasən, Mırtı yarımstansiyası rayonun 12 kəndini - Ləkçılpaq, Yalman, Qaraxıdır, Mırtı, Alıkənd, Cırqurd, Şəkər, Veysəlli, Çaxırlı, Alpout, Bəydövül və Qaraman kəndlərinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılmasına xidmət edəcək. 5150 abonenti əhatə edən Mırtı yarımstansiyasında 7 ədəd 10 kV-luq yuvanın quraşdırılması və 7,1 kilometr məsafədə 35/10 kV-luq yeni elektrik xətlərinin çəkilməsi işləri də həyata keçiriləcək.
Oxunub: 320
Xəbəri paylaş
Paylaş: