Qocalmaq bilmir: Onu hələ də ən cazibədar həyat yoldaşı hesab edirlər - FOTOlar
Futbolçuların həyat yoldaşları və sevgililəri daim diqqət mərkəzində olur. Onlar arasında çox sayda gözəl qadın var. Amma iddia edirlər ki, biri daha çox cəlbedicidir. Mediaxeberleri.Az publika.az-a istinadən xəbər verir ki, söhbət "Ayntraxt"ın qapıçısı Kevin Trappın həyat yoldaşı İzabelle Qulardan gedir. O, daim fanatların və medianın diqqət mərkəzindədir. İzabelle ötən doğum gününü qeyd edib. İnanmayacaqsınız, onun nə az, nə çox, düz 39 yaşı olub. O, qocalmadığını və hələ də gözəl göründüyünü göstərmək üçün bikinili şəklini paylaşıb. Braziliyalı modelin 6 yaş böyük olduğu Kevin Trappla münasibətləri 2015-ci ildən başlayıb. O, almaniyalı qolkiperin PSJ-yə qədər yüksələn və yenidən "Ayntrax"ta qədər enən karyerasında daim yanında olub.Məqaləyə dair fotomateriallar: