Mediaxeberleri.az
    
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ
    Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"

Son xəbərlər :
  • Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
  • "Sənətə gəldikləri bir il deyil, fəxri ad istəyirlər" - ETİRAZ
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • Şəmkirdə 8 yaşlı uşağı maşın vurdu
  • Parlament Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • Günnüt əməliyyatının tək qəhrəman şəhidi - Adil Tatarovun xatirəsi anılıb - FOTO
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 1,5 milyonluq PR-media büdcəsi kimin maraqlarına xidmət edir? - Səbuhi Rzazadənin naziri idarəetmə taktikası və kommunikasiya böhranı
  • Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
  • Ərdoğan Ceyhun Bayramovla görüşdü
  • Şiddətli töhmət alan baş həkimə direktor vəzifəsi həvalə edilib? - TƏBİB-dən açıqlama
  • Şavkat Mirziyoyev türk xalqları arasında qardaşlıq bağlarının möhkəmləndirilməsinə görə İlham Əliyevə təşəkkür edib
  • Unutmayın, Əliyev sizin üçün bu tarixi addımı atmışdı - İşbaşaran
  • Bu universitetdə müəllimlər kütləvi şəkildən işdən çıxarılır
  • Gürcüstanla Azərbaycan sərhədin delimitasiya prosesini sürətləndirmək barədə razılığa gəlib
  • Rəcəb Tayyib Ərdoğan Ceyhun Bayramovla ayaqüstü söhbət edib
  • Gənclərlə bağlı tədbirlərin təşkili üçün ayrılan xərclərin məbləği artırıldı - CƏDVƏL
  • Metal qablardakı konservlər xərçəng xəstəliyi yarada bilər
  • Elza Seyidcahanın qızıllarını mənimsəyənlərin işi: "Üstümüzdə 80 000 manat borc qalmışdı"
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...

  • Tarix: Bu gün, 18:39

Bir neçə gündür hamının böyük intizarla gözlədiyi məsələ, nəhayət, aydınlaşdı: Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın gərginliyi yumşaldacaq bütün addımlarına baxmayaraq, Ankaraya – TDT-nin 13-cü zirvə toplantısına getməkdən imtina etdi!


Bu xəbər artıq qəfil ortaya çıxmış “hicab qadağası” qərarının böyük bir siyasi əməliyyat olması haqda bir müddət əvvəl yazdığımız ehtimalları təsdiqləməklə, bundan sonra tutulacaq siyasi kursu da indidən təxmin etməyə imkan verir: rəsmi Bakı bundan belə Türkiyə ilə məsafəli davranmaq, qurucusu olduğu TDT-də hərbi-siyasi aktivliyini azaltmaq və daha çox mədəni-iqtisadi əlaqələrə üstünlük vermək xətti seçəcək, bu davranış isə avtomatik olaraq digər TDT üzvlərinin də fəaliyyətinə təsir göstərəcək.


Çünki TDT-nin Aralıq Dənizi - Cənubi Qafqaz - Mərkəzi Asiya geopolitik oxu boyunca Türkiyənin əsas hərbi-siyasi təsir blokuna çevrilməsi və rəsmi Bakının da bunda mərkəz rol oynaması ən çox Rusiya, Çin və İranı narahat edirdi.


Avropa İttifaqı-NATO xəttiylə yaxınlaşmadan rəsmən imtina edən Azərbaycan hakimiyyəti son qərarıyla artıq Türkiyədən də tədricən məsafəli davranmağa və Rusiya-İran-Çin üçlüyü ilə münasibətləri daha da istiləşdirməyə yön aldığının işarəsini vermiş olur ki, bu da ABŞ - İsrail tandeminin İrana qarşı əməliyyatlarının uğursuzluğundan sonra ortaya çıxmış yeni geopolitik vəziyyətlə bağlıdır. 


Azərbaycan hakimiyyəti açıqca görür ki, yeni bölgüdə Cənubi Qafqaz və Mərkəzi Asiya Çin və Rusiyanın təsir coğrafiyası kimi saxlanacaq, NATO və Avropa İttifaqının regiona ənənəvi üsul və vasitələrlə giriş layihələri ləğv ediləcək!


Çin və Rusiyanın bu coğrafiyada ən çox ehtiyatlandıqları isə vaxtilə Qərb xüsusi xidmət orqanlarının daha çox NATO üzvü olan Türkiyə üzərindən dəstəklədikləri və yeni dönəmdə də Türkiyənin öncüllük edəcəyi bir koalisiyanın arxasında dura biləcəyi “siyasi islam”ın sürətlə inkişafı, həm Çinin, həm də Rusiyanın daxilinə rəqiblərinin məhz “siyasi islam faktoru”yla müdaxilə imkanıdır.


Azərbaycan hakimiyyətinin orta məktəblərdə hicab qadağası qərarı da birmənalı olaraq “siyasi islam” qorxusundan qaynaqlanır və eynilə MDB-yə üzv olan Orta Asiya respublikalarındakı – Qazaxıstan, Özbəkistan, Tacikistan və Türkmənistandakı modelin ölkəmizdə tətbiqidir. 


Bu modeli hər hansı ictimai müzakirədən keçirmədən, qəfildən bircə qərarla Azərbaycana gətirmək nə qədər Türkiyə və İranla münasibətlərdə məsafə və gərginlik yaratmaqdırsa, o qədər də həm Rusiya, həm də Çin üçün daha məqbul modellə hərəkət planı seçmək, özünü indidən Rusiya və Çinin “təhlükəsizlik mühiti”nə uyğunlaşdırmaq deməkdir.


Digər tərəfdən, MDB dövlət başçılarının oktyabrın 9-da Türkmənistanda keçirilən iclasına ilk dəfə İran prezidentinin qatılması və gələcəkdə İranın bu formatda iştirak etməsi üçün “MDB+” formatının yaradılması təklifinin irəli sürülməsi də Azərbaycanın və TDT-nin MDB-dəki digər üzvlərinin yeni geopolitik tərtibatın hazırlanmasında hansı ölkələrlə birgə hərəkət edəcəklərinə işıq salır.


O fakta mütləq diqqət yetirək ki, bütün bunlar “Yeni Yalta konfransı” kimi qiymətləndirilən çox mühüm bir tədbir - noyabrın 18-19-da Çində keçirilməsi planlaşdırılan Si-Putin-Tramp görüşü ərəfəsində yaşanır...


Xatırladaq ki, hazırda Azərbaycan-Türkiyə münasibətlərində yaşanan situasiya eynilə 2 il əvvəl Rusiya ilə münasibətlərdə yaşanan situasiyanın və tətbiq edilən taktikanın bənzəridir.


Tramp 2024-cü ilin noyabr seçkilərində qalib gəldikdən az sonra – hələ prezidentlik səlahiyyətlərinin icrasına başlamamış, 8 dekabrda Türkiyənin dəstəklədiyi “siyasi islamçı” xətt Suriyada Bəşər Əsədi devirərək, hakimiyyəti ələ keçirmişdi. Əsəd isə Moskvaya qaçmışdı. 


Elə həmin ayın 19-da Türkiyənin köməyi və zəmanəti ilə ilə TDT üzvlərindən yalnız Azərbaycan heç kimin gözləmədiyi halda, 8 İslam ölkəsini birləşdirən “D-8” təşkilatının Misirdə keçirilən zirvə görüşündə yekdilliklə quruma üzv seçilmişdi. O vaxt prezident Əliyev Rusiya mediasına müsahibə verərək, bəyan etmişdi ki, Azərbaycanda Türkiyə hərbi bazaları olmayacaq.


Xatırlayırsınızsa, bundan bir neçə gün sonra - dekabrın 25-də Azərbaycan təyyarəsinin Qroznı səmasında vurulmasıyla Azərbaycan hakimiyyətiylə çox yaxşı münasibətlərinin olduğu Rusiya rəhbərliyi arasında media üzərindən olduqca gərgin bir atmosfer yaradıldı və aylarla davam edən bu gərginliyə rəsmi olaraq 2026-cı ilin aprelin 15-də son qoyuldu. O tarixdə ki, artıq İrana qarşı həmin ilin 27 fevralında başlamış hərbi əməliyyatların nəticəsi artıq hər kəsə aydın olmuşdu.


Rusiya ilə münasibətlərin o gərgin dönəmində - 2025-ci ilin avqustun 8-də Cənubi Qafqaz regionunun iki respublikasının rəhbəri – Əliyev və Paşinyan ABŞ-a gedərək Trampla görüşmüş, bir növ, onu “Zəngəzur dəhlizi”nə şərik də etmişdilər...


İndi – İran müharibəsindən sonra isə bütün Yaxın və Orta Şərqdə, o cümlədən Cənubi Qafqazda əvvəlki vəziyyət və şərtlər dəyişib,  “Zəngəzur dəhlizi” məsələsində də Rusiya və İran artıq ortaq mövqedən çıxış edir, ABŞ-ın bu dəhlizə yerləşməsini regionun təhlükəsizliyinə ciddi təhdid sayırlar. 


Şərq-Qərb, Şimal-Cənub nəqliyyat əlaqələrinin işləkiliyini təmin etmək üçünsə Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...


Görünür, Azərbaycan rəhbərliyinin bütün addımları da bu yeni şərtlərə hesablanıb.



Oxunub: 45
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 19:34 | Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
    Bu gün, 19:32 | "Sənətə gəldikləri bir il deyil, fəxri ad istəyirlər" - ETİRAZ
    Bu gün, 19:30 | Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Bu gün, 19:28 | Şəmkirdə 8 yaşlı uşağı maşın vurdu
    Bu gün, 18:53 | Parlament Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
    Bu gün, 18:39 | Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Bu gün, 17:55 | Günnüt əməliyyatının tək qəhrəman şəhidi - Adil Tatarovun xatirəsi anılıb - FOTO
    Bu gün, 17:25 | "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    Bu gün, 17:22 | 1,5 milyonluq PR-media büdcəsi kimin maraqlarına xidmət edir? - Səbuhi Rzazadənin naziri idarəetmə taktikası və kommunikasiya böhranı
    Bu gün, 17:18 | Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
    Bu gün, 17:13 | Ərdoğan Ceyhun Bayramovla görüşdü
    Bu gün, 17:08 | Şiddətli töhmət alan baş həkimə direktor vəzifəsi həvalə edilib? - TƏBİB-dən açıqlama
    Bu gün, 17:06 | Şavkat Mirziyoyev türk xalqları arasında qardaşlıq bağlarının möhkəmləndirilməsinə görə İlham Əliyevə təşəkkür edib
    Bu gün, 17:04 | Unutmayın, Əliyev sizin üçün bu tarixi addımı atmışdı - İşbaşaran
    Bu gün, 16:31 | Bu universitetdə müəllimlər kütləvi şəkildən işdən çıxarılır
    Bu gün, 15:53 | Gürcüstanla Azərbaycan sərhədin delimitasiya prosesini sürətləndirmək barədə razılığa gəlib
    Bu gün, 15:40 | Rəcəb Tayyib Ərdoğan Ceyhun Bayramovla ayaqüstü söhbət edib
    Bu gün, 15:36 | Gənclərlə bağlı tədbirlərin təşkili üçün ayrılan xərclərin məbləği artırıldı - CƏDVƏL
    Bu gün, 15:31 | Metal qablardakı konservlər xərçəng xəstəliyi yarada bilər
    Bu gün, 15:28 | Elza Seyidcahanın qızıllarını mənimsəyənlərin işi: "Üstümüzdə 80 000 manat borc qalmışdı"
    Bu gün, 15:20 | Məhkəmə: Yol qəzasında zərərçəkmiş şəxslə barışıq cinayət məsuliyyətindən azad edilməyə əsas olub
    Bu gün, 15:12 | Mediasiya Şurasında ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb - Foto
    Bu gün, 15:10 | Azərbaycanda məktəbdə kütləvi zəhərlənmə
    Bu gün, 15:09 | SOCAR Rumıniyada 100-cü yanacaqdoldurma məntəqəsini istifadəyə verib - Foto
    Bu gün, 15:01 | Trombdan qorunmaq üçün səhərlər bunu edin!
    Bu gün, 14:56 | İran və Türkiyə arasında regional məsələlər müzakirə olunub
    Bu gün, 14:52 | Bakıda yeni katolik kilsəsinin açılışında Papa XIV Leonun iştirakına ümid edilir
    Bu gün, 14:50 | Küveyt və Bəhreyn PUA hücumlarını dəf etdiklərini açıqlayıblar
    Bu gün, 14:48 | Ağdamda daha 70 ailəyə yeni mənzillərin açarları təqdim olundu - FOTO
    Bu gün, 14:34 | Türkiyədə Azərbaycan əleyhinə növbəti dalğa - Bakıya absurd ittihamlar
    Bu gün, 14:33 | Astarada sürüşmə: 16 istinad divarı çaya aşdı - Foto
    Bu gün, 14:30 | Bakı–Balakən–Bakı qatarının hərəkəti bərpa edilir
    Bu gün, 14:27 | Türkiyəli deputatın intim videoları mafiyanın əlinə keçdi
    Bu gün, 14:26 | 1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
    Bu gün, 14:23 | "Sabirabadda futbolu yenidən dirçəltmək istəyirik" - Klub prezidenti
    Bu gün, 14:20 | Ağstafada iki avtomobil toqquşub, xəsarət alan var - FOTO
    Bu gün, 14:16 | Şirkətlər qarşısında YENİ ÖHDƏLİK
    Bu gün, 14:13 | Korrupsiya barədə məlumat verən şəxsin müdafiəsi necə təmin olunacaq?
    Bu gün, 14:07 | Hüquqi şəxslər məhkəmə hökmünü icra etməməyə görə cinayət məsuliyyətinə cəlb olunacaq
    Bu gün, 14:04 | Bakıda keçirilən FIFA U-15 dünya çempionatının E və F yolunun qalibləri müəyyənləşdi - Foto
    Bu gün, 13:54 | Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açılıb - Foto
    Bu gün, 13:53 | Azərbaycanda 2 min manatlıq cərimə 50 manata endirilir
    Bu gün, 13:52 | Avtomobildə telefondan istifadə foto və videokameralar tərəfindən də qeydə alınaraq, cərimə yazılacaq
    Bu gün, 13:51 | Ağstafa-Qardabani istiqamətində yeni sərhəd-keçid məntəqəsi yaradılacaq - Foto
    Bu gün, 13:50 | Yunan generaldan Türkiyəyə təhdid: “Anlayacaqları şəkildə cavab verərik”
    Bu gün, 13:47 | Balıq qızardarkən una bir qaşıq əlavə edin: İçi yumşaq, çölü xırçıltılı
    Bu gün, 13:38 | Bu şəxslər hərbi çağırışdan azad ediləcək
    Bu gün, 13:34 | Azərbaycan millisi Əfqanıstana da uduzdu
    Bu gün, 13:31 | Vəzifədən gedəcəyi deyilən Səbinə Əliyevadan ilk AÇIQLAMA
    Bu gün, 13:29 | Azərbaycansız keçinə bilmərik - Razuvayev
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.