Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
ABŞ-ın Ermənistandakı səfirliyinin işçi heyəti 2500 ilə 3000 arasındadır ki, bu da ölkənin kiçik ərazisini nəzərə alsaq, suallar doğurur. Mediaxeberleri.Az xəbər verir ki, bunu “RİA Novosti”yə verdiyi müsahibədə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov bildirib. "Yeri gəlmişkən, Ermənistandakı Amerika səfirliyinin işçi heyəti 2,5-3 min nəfərdir. Kiçik Ermənistan üçün bu necə bir hissdir? Bilmirəm. Bəlkə də Ermənistan çox gözəl bir ölkədir, mətbəxi əladır, ya da bəlkə də Amerika vətəndaşları orada yaşamağı və işləməyi sevirlər. Bəlkə də buna görədir, ya da bəlkə də başqa bir səbəbdən", - Şevtsov bildirib.Publika.az
Oxunub: 29
Xəbəri paylaş
Paylaş:





















