"Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
"Yeni Günəşlinin bir hissəsinə gözdən pərdə asmaq üşün asfalt çəkdilər və AYNA dərhal gəldi ora Parking xəttləri çəkməyə başladı. Halbuki Yeni Günəşlinin əksər hissəsi 2-ci şəkildəki kimi bərbaddı..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında yazan jurnalist Haldun Novruzzadə aşağıdakı fotoları təqdim edərək bildirir:

"Büdcədən pul ayrılıb və o pul yeyilib, Yeni Günəşli V massivinin asfaltı 1988’dən qalıb. AAYDA nümayəndəsi çəkiliş vaxtı demişdi ki, V massivi də asfaltlanacaq. İndi bilmirəm bizim Asfaltın pulunu kim yeyib Suraxanı İcra Hakimiyyəti yeyib, AAYDA yeyib yoxsa birlikdə yeyiblər. Bircə onu bilirəm ki, Bizim haqqımız olan asfaltın pulunu yeyənin burnundan gəlsin o pul.
AYNA’da bildirirəm ki, Yeni Günəşlidə Parking salmağın nə mənası var?! İmkan verin camaat öz yaşadığı yerdə rahat həyat sürsün..."





















