Günnüt əməliyyatının tək qəhrəman şəhidi - Adil Tatarovun xatirəsi anılıb - FOTO
Mediaxeberleri.Az xəbər verir ki, ziyarətdə də Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər və şəhidimizin ailə üzvləri iştirak ediblər. Adil Tatarov Günnüt əməliyyatının tək şəhididir. Qeyd edək ki, şəhid Adil Tatarov "Şücaətə görə" medalından sonra, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Vətənə görə" medalı ilə təltif olunub.
2018-ci il Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman şəhid olan hərbi qulluqçu əsgər Tatarov Adil Əli oğlunun xatirəsi doğulub, boya-başa çatdığı Ağstafa rayonunun Qıraq Kəsəmən kənd qəbirstanlığında əziz xatirəsi anılıb.





















