UEFA Avropa Liqası: “Bayer” “Qarabağ”a qalib gəldi
"Qarabağ" bu gün Avropa Liqasının qrup mərhələsində 3-cü tur oyununa çıxıb. Mediaxeberleri.Az xəbər verir ki, Ağdam təmsilçisi səfərdə Almaniya "Bayer"i ilə qarşılaşıb. Görüş Leverkuzen klubunun 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Nəticədə Ağdam təmsilçisi bu mövsüm Avroliqanın qrup mərhələsində ilk məğlubiyyətini alıb. Qrupun başa çatan digər matçında "Molde" (Norveç) Hekken"i (İsveç) qəbul edib və 5:1 hesablı qələbə qazanıb. Avropa Liqası, qrup mərhələsi, 3-cü tur 23:00. "Bayer" (Leverkuzen, Almaniya) - "Qarabağ" (Azərbaycan) - 5:1 Qollar: Florian Virts, 6 (1:0), Toral Bayramov, 16-pen. (1:1), Aleks Qrimaldo, 29 (2:1), Viktor Bonifeys, 35 (3:1), Aleks Qrimaldo, 54 (4:1), Edmond Tapsoba, 57 (5:1) Hakimlər: Horatiu Feşniç, Valentin Avram, Alexandru Cerei, Szabolks Kovaks "BayArena". "Molde" (Norveç) - "Hekken" (İsveç) - 5:1 Qollar: Qulbrandsen, 7 (1:0), Sanko, 21 (1:1), Eykrem, 27 (2:1), Breybik, 30 (3:1), Eykrem, 55 (4:1), Bjornbak, 90+3 (5:1) 1 3 3 0 0 11 2 +9 9 2 3 2 0 1 3 5 -2 6 3 3 1 0 2 6 4 +2 3 4 3 0 0 3 1 10 -9 0