Məktəbə hazırlıq bazarlığı - Bir şagird üçün minimum xərc nə qədərdir? - VİDEOREPORTAJ
Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Övladlarını məktəbə yola salmağa hazırlaşan valideynlər artıq məktəbli ləvazimatlarını almağa başlayır. Məktəb ləvazimatları satılan mağazalarda alıcı sıxlığını müşahidə etmək olar. Çeşidlər müxtəlif, seçimlər isə fərqlidir. Hər kəsi maraqlandıran məsələ isə qiymətlərdir. 1news.az-ın çəkiliş qrupu məktəbli ləvazimatları satılan mağazalara üz tutub. Araşdırmalarımız nəticəsində qiymətlərin müxtəlif olduğunu öyrəndik. Sual yaranır bəs 1 şagirdi məktəbə yola salmaq üçün təxmini nə qədər pul lazımdır? Minimal qiymətlərə aşağıdan nəzər yetirə bilərsiniz: 1. Dəftərlər - 20 qəpik 2. Qələmlər - 10 qəpik 3. Rəngli karandaşlar - 1 manat 4. Xəttkeş - 50 qəpik 5. Plastilin - 1 manat 50 qəpik 6. Termos - 8 manat 7. Karandaşqabı - 5 manat 8. Məktəbli çantası – 15 manat 9. Məktəbli forması - uzunqol və qısaqol köynəklərin 15, şalvar və ətək isə 25 manat Bir məktəblini yola salmaq üçün minimal qiymətlərə nəzər yetirərək cəm halında hesablama etdik. Əgər məktəbliyə 5 dəftər(1 manat), 2 qələm(20 qəpik), 1 qutu rəngli karandaş(1 manat), 1 xətkeş(50 qəpik), 1 plastilin(1 manat 50 qəpik), 1 termos(8 manat), 1 ədəd karandaşqabı(5 manat), 1 ədəd məktəbli çantası(15 manat) və məktəbli forması lazımdır(40 manat). Beləliklə, minimal qiymətlərdən yola çıxaraq bu cür qənaətə gəldik ki, bir şagirdi məktəbə yola salmaq üçün hər bir valideynə ən azı 72 manat 20 qəpik lazımdır. Mövzu ilə bağlı daha ətraflı videoreportaja daxil ola bilərsiniz: