Qarabağ Dirçəliş Fonduna 1.5 milyard manat toplanıb – “Layihələrə əvəzsiz yardım kimi ayırırıq...”
“Bir neçə il əvvəl Prezident İlham Əliyev tərəfindən yaradılmış Qarabağ Dirçəliş Fonduna 1.5 milyard manata yaxın vəsait toplanıb”. Mediaxeberleri.Az xəbər verir ki, bu məlumatı adıçəkilən Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev AzTV-də yayımlanan “Əsas məsələ” verilişində səsləndirib. “Artıq bu vəsaitlərin bir qismini Qarabağda həyata keçirilən layihələrə əvəzsiz yardım kimi ayırırıq. Digər bir hissəni isə təhlükəsiz investisiya alətlərində yerləşdiririk. Biz 2027-ci ilə qədər bu ianələrdən əlavə 200 milyon manata yaxın mənfəət qazanacağıq ki, bu vəsaitlər də digər layihələrə əvəzsiz şəkildə ötürüləcək”, - R.Hacıyev vurğulayıb.
Oxunub: 308
Xəbəri paylaş
Paylaş: