Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. Mediaxeberleri.Az xəbər verir ki, Azərbaycan neftinin bir bareli üzrə qiyməti ötən günlə müqayisədə 2,14 ABŞ dolları və ya 2,19% azalaraq 95,54 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 ABŞ dolları olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 ABŞ dollarına satılıb.
Oxunub: 266
Xəbəri paylaş
Paylaş: