"Sumqayıt Polimer"in rəhbəri dəyişəcək
"Sumqayıt-Polimer" ASC-nin (VÖEN: 2900172141) səhmdarları toplanır. MEDİAXEBERLERİ.AZ FED.az-a istinadla xəbər verir ki, 22 dekabr 2023-cü il, saat 15:00 ASC-nin Nizamnaməsinə əsasən səhmdarların Ümumi Yığıncağının keçirilməsi nəzərdə tutulub.
İclas Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, ev 12 ünvanında keçiriləcək.
Ümumi Yığıncağın gündəliyi aşağıdakı kimidir: - “Sumqayıt Polimer” Açıq Səhmdar Cəmiyyətində rəhbər dəyişikliyi. Ümumi Yığıncağın gündəliyinin materiallarını və yığıncağın gündəliyinə salınan məsələlərlə bağlı təklifləri əldə etmək üçün hər həftənin birinci və üçüncü günləri saat 10:00-dan 13.00-dək “Sumqayıt Polimer” ASC-nin Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, ev 12 nömrəli ünvanına müraciət etmək olar.
Oxunub: 347
Xəbəri paylaş
Paylaş: