Daha 2 bankın `XƏLBİRİ GÖYDƏ ƏLƏNİR`... - İDDİA
Azərbaycanda bank sektorunda ələnmələr davam edir. Hazırda rentabelli çalışmayan və rəqabətliliyə davamsız banklar bir-bir ləğv olunur. İllərlə vətəndaşa kredit verməkdən başqa heç bir işi olmayan həmin bankların indi bazarı tərk etməsi gözləniləndir. Bu günlərdə daha biri – “Muğanbank” bağlandı.
MEDİAXEBERLERİ.AZ bildirir ki, Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, tezliklə ləğv növbəti “BTB Bank” və “Avrasiya” banklarına çata bilər. Son dövrlərdə hər iki bankın fəaliyyətində durğunluq, geriləmə, statistik göstəricilərində inkişaf olmadığı, gəlirlərin azaldığı və hətta zərərlə işlədiyi haqda xəbərlər yayılmaqdadır. Bu gedişlə həm “BTB Bank”, həm “Avrasiya” banklarının da lisenziyasının ləğvi istisna edilmir. Ümumilikdə, 20-yə yaxın bankın maliyyə-bank sistemində qalacağı proqnozlaşdırılır.