Azərbaycan Premyer Liqasında X tura Qəbələdə yekun vurulacaq
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X tura yekun vurulacaq. Mediaxeberleri.Az-ın məlumatına görə, son matçda “Qəbələ” “Araz-Naxçıvan”ı qəbul edəcək. Qəbələ şəhər stadionundakı qarşılaşma saat 16:30-da start götürəcək. “Qırmızı-qaralar” 7 xalla 9-cu, Naxçıvan təmsilçisi 14 xalla 5-ci pillədə qərarlaşıb. 16:30. "Qəbələ” - “Araz-Naxçıvan” Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Vüsal Məmmədov, Əli Əliyev Hakim-inspektor: Orxan Məmmədov AFFA nümayəndəsi: Azər Əsgərov Qəbələ şəhər stadionu Qeyd edək ki, turun əvvəlki oyunlarında “Neftçi” “Səbail”i (4:2), “Sabah” “Sumqayıt”ı (3:1) məğlub edib. “Turan Tovuz” - “Qarabağ” (2:2), “Kəpəz” - “Zirə” (0:0) görüşlərində qalib müəyyənləşməyib.
Oxunub: 371
Xəbəri paylaş
Paylaş: