Mediaxeberleri.az
    
  • Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
    Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
  • 
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
    “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
    Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
    Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
    Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
    Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY

Son xəbərlər :
  • 400 manat maaşla 4 uşaq saxlayıram - VİDEO
  • Quranda adı çəkilən bu quşu möcüzəvi edən NƏDİR?
  • Sabah bəzi ərazilərdə işıq olmayacaq - SİYAHI
  • Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqləndi, qadağalar müəyyənləşdi
  • Azərbaycana yük gətirən iranlı TIR sürücüləri geri qayıda bilmirlər - VİDEO
  • PENSİYA VƏ MAAŞ ARTIMI CİBİMİZDƏ HİSS OLUNACAQMI? - Ekspertdən AÇIQLAMA
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • "TÜRKİYƏ VƏ AZƏRBAYCANIN ARASINA GİRMƏYƏ ÇALIŞAN ÖLKƏLƏR VAR" - "İcazə verməyəcəyik..." + VİDEO
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • "Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq"
  • AAAF Park Yaşayış kompleksinin sakinləri mənzillərinə çıxarış ala bilmirlər - VİDEO
  • Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi
  • Azərbaycan kuboku: "Qaradağ" 12-0 qalib gəldi
  • Sabah bu rayonda qaz olmayacaq
  • Şok ittiham: Qətl törədən şagirdə ruhi xəstə olması ilə bağlı saxta sənəd düzəldilir? - Foto
  • 19 yaşında Şəhidlik zirvəsinə ucalan Əvəz Məmmədovun əziz xatirəsi ehtiramla anılıb
  • Paşinyan: "Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib"
  • Ermənistanın müdafiə naziri: "Saxlanılan Azərbaycan əsgəri diversant deyil"
  • Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
  • İlham Əliyev Vladimir Putinə zəng etdi
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

“Ölkə başçımızın rəhbərliyi altında xalqımızı daha böyük uğurlar və zirvələr gözləyir” - ŞƏRH + FOTO

  • Tarix: 21-10-2023, 15:53

“Azərbaycanın milli dövlətçiliyi son 20 il ərzində özündə inkişaf, intibah və qələbə mərhələlərini əks etdirib. Ən şərəfli tariximiz olub. Bu tarixin əsaslarını ümummilli lider Heydər Əliyev qoyub, Prezident İlham Əliyev isə güclü Azərbaycan dövlətini ucaldıb. Hər bir dövlətin siyasi müstəqilliyi onun iqtisadi müstəqilliyindən asılıdır.  Dövlət iqtisadi cəhətdən asılı olduqda xarici sifarişlərin icraçısına çevrilir. Azərbaycan sözün əsl mənasında iqtisadi və siyasi müstəqilliyinə qovuşa bildi”.

Mediaxeberleri.Az xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. O qeyd edib ki, siyasi müstəqilliyin möhkəm olması dünyada özünün ədalətli mövqeyinin inamla müdafiə etməsinə və dünya nizamının əsas aktoruna çevrilməsinə yol açır:

“Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında beynəlxalq arenalarda sözünün imzası qədər möhkəm olduğunu təsdiq edərək nüfuzlu aktora çevrilib. Bu gün Azərbaycan dövləti Qoşulmama Hərəkatına sədrlik etməklə yanaşı Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib.

İqtisadi uğurlarımızın təməlində ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasının uğurla davam etdirilməsi dayanır. Azərbaycan xalqının milli sərvəti olan neft-qaz resurslarından səmərəli və şəffaf istifadə etməsi sayəsində ölkəmizin qeyri-neft sektoru uğurla inkişaf etdirilib. Neft-qaz sahəsində icra olunan BTC, BTƏ, TANAP, TAP kimi beynəlxalq enerji ixracı layihələrimiz neft və qaz resurslarımızın dünya bazarlarına ayaq açmasına yol açdı. Prezident İlham Əliyev seçildiyi ilk gündən deyirdi ki, neft kapitalını insan kapitalına çevrilməlidir. Son 20 ildə neft gəlirlərinin ədalətli və şəffaf bölüşdürülməsi sayəsində ölkəmizin qeyri-neft sektoru inkişaf etməklə insanların rifahının yaxşılaşmasını təmin etdi”.

Millət vəkili bildirib ki, son 20 ildə sahibkarlığın inkişafına dövlət dəstəyi  proqramları icra olunub:

“Son 20 ilin makroiqtisadi göstəricilərinə qısa olaraq nəzər salaq: ÜDM 3,6 dəfə, adam başına düşən ÜDM 3 dəfə, dövlət büdcəsinin gəlirləri 30 dəfə, xarici ticarət dövriyyəsi 10,8 dəfə, ixrac 16,1 dəfə, dövlət valyuta ehtiyatları 47 dəfə artıb.

Valyuta ehtiyatlarımız 67 milyard dollar olmaqla xarici dövlət borcunu 10 dəfə üstələyir. Son 20 ildə ölkə iqtisadiyyatına 300 milyard dollar sərmayə yatırılıb, onun da 190 milyard dolları qeyri-neft sektoruna yönəldilib. Son 20 ildə sahibkarlığın inkişafına dövlət dəstəyi proqramları icra olunub. Sənaye parkları, sənaye məhəllələri və aqroparklar istifadəyə verilərək ölkədə  müxtəlif çeşidli qeyri-neft məhsullarının istehsalının artmasına, vətəndaşların etibarlı mallarla təmin edilməsinə və ixrac potensialının artmasına töhfə verilib. Son 20 ildə ölkədə 2 milyondan çox iş yeri yaratmaqla işsizlik 50%-dən 5%-ə, yoxsulluq isə 49%-dən 5,5%-ə endirilib.

Ötən 20 ildə minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa görə orta aylıq pensiya 19 dəfə, əlilliyə görə pensiya 14 dəfə, ailə başçısını itirməyə görə pensiya 19 dəfə artıb, pensiya üzrə ödənilən illik vəsaitin həmin dövrdə 30 dəfə artaraq 6 milyard manata çatdırılıb”.

A.Badamov qeyd edib ki, Prezident İlham Əliyevin 2003-cü ildə imzaladığı “Regionların Sosial İqtisadi İnkişafına dair Dövlət Proqram”larının dörd mərhələsinin icrası çərçivəsində son 20 ildə regionlarımıza 200 milyard dollara yaxın vəsait yatırılıb:

“Son 20 ildə 4000-ə yaxın məktəb binası, 740-dan çox səhiyyə müəssisəsi, 50  İdman Olimpiya Kompleksi, 21 min kilometrə yaxın müxtəlif təyinatlı yollar  yenidən qurularaq istifadəyə verilib. Ölkədə qazlaşma 51%-dən 98%-ə çatmış, elektrik enerji ilə  əhalinin təminatı idxaldan azad olunaraq fasiləsiz təmin olunur. Şəhərlərin və rayon mərkəzlərinin içməli su və kanalizasiya xidmətləri təminatının müasirləşdirilməsi ilə bağlı böyük layihələr icra olunub. Regionlarda aparılan quruculuq-bərpa işlərinin nəticəsi olaraq şəhərlə kənd arasındakı fərq aradan qalxıb, kəndlərdən şəhərə axın dayanaraq bu proses əks istiqamətə yönəldilib.

Azərbaycan dövləti  ölkənin yerləşdiyi coğrafiyasından düzgün istifadə edərək  regional və beynəlxalq layihələrin aktiv iştirakçısına çevrilib. Belə ki, istifadəyə verilmiş Bakı Beynəlxalq Ticarət Limanı, Ələt Azad İqtisadi zonası, Bakı Tbilisi Qars Dəmir Yolu, Şimal-Cənub və Qərb-Şərq Nəqliyyat Dəhlizləri Azərbaycanı beynəlxalq daşımaların əsas arteriyalarından birinə çevirib”.

Deputat son 20 ildə Azərbaycanın iqtisadi gücünün artmasının ordu quruculuğu və müdafiə sənayesi sektorunun inkişaf etdirilməsinə yol açdığını əlavə edib:

“Dövlət büdcəsindən müdafiə xərclərinə böyük vəsaitlər ayırmaqla Azərbaycan ordusunun döyüş arsenalı müasirləşdirilib, peşəkarlığı artırılıb və qarşısına qoyulduğu hər bir hərbi tapşırığı yüksək dəqiqliklə icra etməyə qadir orduya çevrilib. Bu gün ölkənin  müdafiə sənayesi sektorunda 200-dən çox adda məhsul istehsal olunur. Ordumuz dünyanın ən güclü 50 ordusu sırasına daxil olub.

Ordumuz öz gücünü 3 il əvvəl döyüş meydanında nümayiş etdirib. 44 gündə torpaqlarımızı azad edərək 30 illik erməni işğalına son qoyub. O cümlədən 19-20 sentyabr tarixlərində keçirilən lokal xarakterli antiterror tədbirləri ilə 24 saat ərzində Qarabağda erməni separatizminin kökünü kəsərək,  öz gücünü dünyaya bir daha nümayiş etdirib. Ordumuz ölkəmizin suverənliyini göz bəbəyi kimi qoruyur və ola biləcək hər bir təhlükəni anındaca məhv etmək iqtidarındadır”.

“Torpaqlarımızın işğaldan azad edilməsi məcburi köçkün ifadəsini də keçmişdə saxlamağımıza yol açdı. Prezidentin sərəncamı ilə 2022-2026-cı illərdə “Böyük Qayıdışa dair Dövlət Proqramı” imzalanıb. Bu proqrama əsasən, 2026-cı ilə qədər 8 şəhər və 100 kənd yenidən qurulub bərpa edilərək, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı təmin ediləcək. Artıq 8 şəhər və 80-dən çox kəndin baş planları təsdiq olunub, tikinti işlərinə başlanılıb.

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 7 milyard dollar vəsait ayrılıb, gələn ilin dövlət büdcəsində də daha 4 milyard manatın ayrılacağı nəzərdə tutulub. İşğaldan azad olunmuş ərazilərdə avtomobil və dəmir yolları yenidən tikilir, 2 beynəlxalq hava limanı istifadəyə verilib və 3-cü hava limanının tikintisi davam etdirilir, 30-dan çox kiçikhəcmli su elektrik stansiyası yenidən qurulub, Zəngilanda Dost Aqroparkının birinci mərhələsinin açılışı edilib. Ağalı, Laçın Zabux, Talış və s. kəndlər yenidən qurulub bərpa edilərək öz doğma sakinlərini qarşılayıb. Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qaytarılması prosesi davam edir.

Son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti bütün ərazilərində suverənliyini bərpa edərək dünya çapında öz sözünü deyən çox nadir dövlətlərdən birinə çevrildi. Prezident hər bir azərbaycanlının prezidenti olduğunu təsdiq etdi. Ölkə başçımızın rəhbərliyi altında xalqımızı gələcəkdə də daha böyük uğurlar və zirvələr gözləyir”, - deyə A.Badamov qeyd edib.

Nəzrin Vahid


Oxunub: 487
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 00:53 | 400 manat maaşla 4 uşaq saxlayıram - VİDEO
    Bu gün, 00:39 | Quranda adı çəkilən bu quşu möcüzəvi edən NƏDİR?
    Bu gün, 00:23 | Sabah bəzi ərazilərdə işıq olmayacaq - SİYAHI
    Bu gün, 00:11 | Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqləndi, qadağalar müəyyənləşdi
    Bu gün, 00:08 | Azərbaycana yük gətirən iranlı TIR sürücüləri geri qayıda bilmirlər - VİDEO
    Bu gün, 00:02 | PENSİYA VƏ MAAŞ ARTIMI CİBİMİZDƏ HİSS OLUNACAQMI? - Ekspertdən AÇIQLAMA
    Dünən, 23:59 | MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    Dünən, 23:57 | "TÜRKİYƏ VƏ AZƏRBAYCANIN ARASINA GİRMƏYƏ ÇALIŞAN ÖLKƏLƏR VAR" - "İcazə verməyəcəyik..." + VİDEO
    Dünən, 21:44 | Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Dünən, 21:15 | "Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq"
    Dünən, 21:14 | AAAF Park Yaşayış kompleksinin sakinləri mənzillərinə çıxarış ala bilmirlər - VİDEO
    Dünən, 21:12 | Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi
    Dünən, 21:10 | Azərbaycan kuboku: "Qaradağ" 12-0 qalib gəldi
    Dünən, 21:09 | Sabah bu rayonda qaz olmayacaq
    Dünən, 20:33 | Şok ittiham: Qətl törədən şagirdə ruhi xəstə olması ilə bağlı saxta sənəd düzəldilir? - Foto
    Dünən, 20:10 | 19 yaşında Şəhidlik zirvəsinə ucalan Əvəz Məmmədovun əziz xatirəsi ehtiramla anılıb
    Dünən, 18:09 | Paşinyan: "Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib"
    Dünən, 17:53 | Ermənistanın müdafiə naziri: "Saxlanılan Azərbaycan əsgəri diversant deyil"
    Dünən, 17:37 | Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
    Dünən, 17:07 | İlham Əliyev Vladimir Putinə zəng etdi
    Dünən, 16:19 | Azərbaycan kuboku: “Ağstafa Gəncləri” “Şəmkir”i darmadağın etdi - VİDEO
    Dünən, 15:19 | Qardaşlıqdan ortaqlığa: Türkiyə və Yeni Azərbaycan - Kandemir
    Dünən, 15:17 | Naxçıvanın Səhiyyə Nazirliyinə yeni aparat rəhbəri təyin olundu - BUNDAN SONRA...
    Dünən, 15:01 | İcra Hakimiyyəti başçısından nümunəvi addım - FOTOLAR
    Dünən, 14:39 | AVRO-2028: Millimiz seçmə mərhələdə 5 -ci səbətdə yer alacaq
    Dünən, 14:16 | Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
    Dünən, 14:14 | Kimya üzrə Nobel mükafatı onlara verildi
    Dünən, 14:13 | "Gələn ildən artezian quyularında günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək"
    Dünən, 14:11 | Mingəçevirdə repetitorluq edən müəllim həbs olundu
    Dünən, 13:46 | “Dərslik nəşri elmə deyil, ticarətə xidmət edir” - Fazil Mustafadan sərt İTTİHAM
    Dünən, 13:41 | Ayın 8-də də yağış yağacaq - Proqnoz
    Dünən, 13:36 | Jurnalistlərin qurultayının vaxtı dəyişdirildi
    Dünən, 13:31 | İxtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikasına dair maarifləndirici tədbir keçirilib
    Dünən, 13:27 | “TƏBİB-in sistemi işləmir, insanlar ağrı içində növbə gözləyir” - VİDEO
    Dünən, 13:25 | Mehriban Rəhimliyə hökm oxundu
    Dünən, 13:04 | Pensiyalar və təqaüdlər bu tarixdə veriləcək
    Dünən, 13:00 | Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Dünən, 12:55 | Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksələn Əvəz Məmmədovu ildönümündə ehtiramla anırıq
    Dünən, 12:53 | Hökumət korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsini təmin edəcəkmi? - Deputatdan AÇIQLAMA
    Dünən, 12:35 | Bakı-Ağstafa-Bakı marşrutunda əlavə qatarlar hərəkət edəcək
    Dünən, 12:33 | August Hanninglə bağlı istintaqda Azərbaycanın adının hallandırılması ilə yayılan məlumatlar dezinformasiyadır - Media və Yayım Şurası - (Foto)
    Dünən, 12:30 | Azərbaycanın puluna yağlanan... buğlanan ŞAMİL AYRIM... - Hətta nəvələrini də SOCAR-da işə düzəltməyə çalışır...
    Dünən, 12:23 | Qazaxda şəhər ərazisində məişət tullantılarının daşınması üçün yeni maşın ayrılıb
    Dünən, 12:19 | "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    Dünən, 12:15 | Azərbaycan nefti 120 dollara ticarət olunur
    Dünən, 12:09 | Allahşükür Paşazadə: "Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz"
    Dünən, 12:05 | Azərbaycan vətəndaşlarının bir qrupu Rusiyadan deportasiya olunacaq
    Dünən, 12:04 | Elza Seyidcahanla Rəşid Mahmudovun məhkəməsi: 10 min istədi, 500 manat alacaq
    Dünən, 12:02 | Bakıda dəhşət: 40 yaşlı kişi 24 yaşlı arvadını öldürdü - QISQANCLIQ
    Dünən, 12:01 | Müştərinin 10 manatına da TAMAH SALIRLAR... - AXI NİYƏ?..
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.