Premyer Liqa: “Zirə”nin səfər sınağı, “Sabah” “Sumqayıt”la üz-üzə - AFİŞA
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X turun növbəti oyunları keçiriləcək. Mediaxeberleri.Az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq. Əvvəlcə “Kəpəz” Tovuz şəhər stadionunda “Zirə”ni qəbul edəcək. Komandalar arasındakı birinci dövrə oyununda paytaxt təmsilçisi qalib gəlib - 1:1. Hazırda “Zirə” 19 xalla turnir cədvəlində ikinci, Gəncə klubu beş xalla sonuncu - 10-cudur. Günün digər matçında “Sabah” azarkeşləri önündə “Sumqayıt”ın müqavimətini qırmağa çalışacaq. Tərəflər bu mövsüm ilk dəfə üz-üzə gələcəklər. Onların ilk dövrədəki oyunu təxirə salınıb. Səkkiz matçda yeddi xal toplayan “Sabah” səkkizinci, 11 xalı olan “Sumqayıt” yeddincidir. Azərbaycan Premyer Liqası VIII tur 21 oktyabr 15:00. “Kəpəz” - “Zirə” Baş hakim: Rauf Allahverdiyev Tovuz şəhər stadionu 18:00. “Sabah” - “Sumqayıt” Baş hakim: Nicat İsmayıllı “Bank Respublika Arena” Xatırladaq ki, turun dünən baş tutan oyunlarında “Qarabağ” səfərdə “Turan Tovuz”la heç-heçə edib (2:2), “Neftçi” rəqib meydanında “Səbail”dən üstün olub - 2:4. Tura sabah keçiriləcək “Qəbələ” - “Araz-Naxçıvan” oyunu ilə yekun vurulacaq.