Paşinyan Rusiyaya meydan oxuyur - Markov
Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ ordusunu ölkəsinə dəvət etməklə Rusiyaya meydan oxuyub. Mediaxeberleri.Az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov bildirib. O qeyd edib ki, Paşinyan Rusiya Prezidentini təhqir etmək üçün Beynəlxalq Cinayət Məhkəməsinə qoşulur. "Fransa indi Ermənistanın əsas müttəfiqidir. O, bunun əvəzini ödəyəcək. Qarabağ tamamilə öz doğma evinə qayıtmalıdır. Mümkündür ki, bu yaxın gələcəkdə baş versin. Görək sevimli Fransa ona necə kömək edəcək", - politoloq vurğulayıb. /modern.az/
Oxunub: 238
Xəbəri paylaş
Paylaş: