Bu gün Zəngilan Şəhəri Günüdür
Bu gün Zəngilan Şəhəri Günüdür. Mediaxeberleri.Az-ın xəbərinə görə, ilk dəfədir ki, Zəngilan Şəhəri Günü qeyd olunur. Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 20-si Zəngilan Şəhəri Günü olacaq. Bu əlamətdar günün təsis olunması Zəngilan şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Bu gün - oktyabrın 20-si şəhərin erməni işğalçılarından təmizlənməsindən üç il ötür. 2020-ci ilin oktyabrın 20-də Zəngilan şəhəri ilə yanaşı, Zəngilan rayonunun Havalı, Məmmədbəyli, Şərifan, Muğanlı kəndləri və Həkəri qəsəbəsi işğaldan azad edilib. Azad olunan ərazilərə şanlı Azərbaycan Bayrağı sancılıb.
Oxunub: 510
Xəbəri paylaş
Paylaş: