Azərbaycanda 2023-cü il üçün orta illik inflyasiya proqnozu dəyişib
Azərbaycanda 2023-cü ildə orta illik inflyasiya 9,5% səviyyəsində olacağı proqnozlaşdırılır. “Report” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi”ndə bildirilib. İqtisadiyyat Nazirliyinin baza ssenarisinə əsasən, 2024-cü ildə bu göstərici 5,3% səviyyəsində gözlənilir. “Proqnozlaşdırılan orta illik inflyasiyanın azalan templə 2027-ci ildə 4,2%-ə qədər enəcəyi gözlənilir”, - deyə Maliyyə Nazirliyi qeyd edib. İllik inflyasiyanın 4±2% intervalında qorunması hədəflənir. Məlumata görə, inflyasiya mühitinin tənzimlənməsi ilə bağlı atılan addımlar iqtisadi fəallığın artması ilə yanaşı əhalinin sosial rifahına da müsbət təsir edəcək.
Oxunub: 99
Xəbəri paylaş
Paylaş: