Ölkədən getdiyi deyilən Şəmsi Səmədoğlu danışdı
Bir neçə gün öncə sosial şəbəkələrdə qeyri-etik videosu yayılmaqda adı hallanan Şəmsi Səmədoğlu Bakı Beynalxalq Hava Limanında fotosunun yayılmasına münasibət bildirib. Qeyd edib ki, bu xəbər də tamami ilə əsassızdır və o Bakı şəhərindəki evindədir. Mediaxeberleri.Az publika.az-a istinadən xəbər verir ki, o, açıqlamasında yayılan məlumatların əsassız olduğunu bildirib. Şəmsi Səmədoğlu şəhəri tərk etmədiyini, Bakıdakı evində olduğunu deyib. "Bu cür xəbərlərin necə və hardan qaynaqlandığını bilmirəm. İndidə foto yayıblar ki, guya mən Türkiyə respublikasına getmək üçün aeroporta gəlmişəm. Tamami ilə yalandır! Mən iş adamıyam. İstənilən vaxt hava limanına gedə bilərəm. Dostum gəlirdi Gürcüstandan onu qarşılaşmışam. Hazırda Bakıdayam, evimdəyəm. Bu cür yalan xəbərlərin yayılmasına isə sadəcə təəssüf edirəm. Bir daha təkrar edirəm. Bakıdayam, bir neçə günə qayıdacam işimin üstünə",- deyə Ş. Səmədoğlu bildirib. Məlumat üçün qeyd edək ki, yayılan fotoda Şəmsi Səmədoğlunun hava limanının içərisində qapalı yerdə kepka və eynək taxması da diqqət çəkib. Bundan əlavə iş adamının Türkiyə Respublikasına girişinə qadağa qoyulduğu da deyilir.