Əli Mirəliyev məşhur aparıcını sevirmiş: ona etiraf edəndə... - Video
Müğənni Əli Mirəliyevin aparıcı Rövşanə Ağasəfqızını sevdiyi üzə çıxıb.
Mediaxeberleri.Az bizim.media-ya istinadən bildirir ki, bu haqda sənətçi qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində danışıb.
Müğənni bildirib ki, aparıcıya eşqini etiraf etsə də, o, bunu xoş qarşılamayıb.
"Mən Rövşanəni efirdə indi görəndə onu tanımadım. Arıqlayıb və daha da gözəlləşib. Dəyişilib... Onu yeni çıxan müğənnilərə bənzətdim. Sən demə, bu, Rövşanənin özü imiş (gülür). Hansı ki, vaxtında mən Rövşanəni sevmişəm.
Onu həqiqətən də qəlbimdə sevirdim. Amma onu indi sevmirəm. Çünki ona sevgimi etiraf edəndə mənə "Yox ki, yox" cavabını verib və əlindəki qabı yerə çırpıb. Ondan sonra anladım ki, insanlarda etibar yoxdur, çiy süd içiblər. Amma bu sözlərim Rövşanəyə aid deyil. Yarımçıq insanlaradı. Burada söhbət Rövşanədən yox, nakam sevgimdən gedir".
Bu anda Elgiz "Bəs evdəki müəllimə həyat yoldaşınız?" sualına müğənni "Evdəki xanımımın qadasını alım. O hər zaman evdə olacaq. Onu mən dəyişə bilmərəm. Elə bir şey var ki, o kişilərdə dəyişilmir" cavab verib.
Proqramda ekspert qismində əyləşən Rövşanə Ağasəfqızı "Bəs mən kim olacağam?" sözlərinə Əli Mirəliyev "Kurtuluş Osman" serialında qəhrəmanın 3-4 həyat yoldaşı var. Sən də onlardan olardın. Mən Rövşanəyə sevgimi etiraf edəndən sonra telefonda nömrəmi "bloka" atdı" deyə firkini ifadə edib.