İSRAİLİN XƏSTƏXANANI BOMBALAMASINA BÖYÜK REAKSİYA – Hansı ölkələr bu hücuma səssiz qalmadı? (FOTOLAR)
Xəbər verildiyi kimi, İsrail Müdafiə Qüvvələri (İDF) ötən gecə Qəzza zolağında yerləşən Əl-Əhli Baptist xəstəxanasını bombalayıb. Son məlumatlara görə, hadisə zamanı 1200-dən artıq mülki fələstinli həlak olub. Mediaxeberleri.Az xəbər verir ki, İsrailin bu hərbi cinayəti başda müsəlman dövlətləri olmaqla, bütün dünyada kəskin reaksiyalara səbəb olub. Yüzlərlə insanın həyatını itirdiyi hücumdan sonra dünyanın bir çox yerində İsrail və ABŞ əleyhinə etiraz aksiyaları keçirilib. İordaniya İordaniya nümayişlərin keçirildiyi ilk yer olub. Yüzlərlə insan küçələrə çıxaraq İsrailin hücumlarına reaksiya verib. İran Paytaxt Tehranda İran vətəndaşları küçələrə çıxaraq, sözügedən hücumu pisləyiblər. Türkiyə İstanbul və Ankarada xəstəxanaya edilən hücuma etiraz edən vətəndaşlar İsrailin İstanbuldakı Baş Konsulluğu və Ankaradakı İsrail səfirliyinin iqamətgahı qarşısına toplaşıblar. Daha sonra nümayişlər Türkiyənin bir çox şəhərlərinə yayılıb. Fələstinin İordan çayının qərb sahilində yerləşən Tubasda da etiraz aksiyası keçirilib. Mərakeş Mərakeşin paytaxtı Rabatda toplaşan bir qrup xəstəxanaya hücuma etiraz edib. Nümayişçilər İsrail əleyhinə şüarlar səsləndiriblər. ABŞ ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində, həmçinin Filadelfiya ştatında toplaşan bir qrup İsrailin Qəzzada Əl-Əhli Baptist Xəstəxanasına hücumuna etiraz edib. Aksiyada Nutrei Karta kimi tanınan “Beynəlxalq Yəhudilərin Sionizmə Qarşı Təşkilatı”nın üzvləri də iştirak edib. Əllərində Fələstin bayraqları və plakatlar daşıyan nümayişçilər İsrail əleyhinə şüarlar səsləndiriblər. İraq Hücumdan sonra iraqlılar da Bağdadın Təhrir meydanına toplaşaraq aksiya keçiriblər. Kanada Kanadanın Monreal şəhərində toplaşan bir qrup İsrailin Qəzzada Əl-Əhli Baptist Xəstəxanasına hücumuna etiraz edib. Əlcəzair Əlcəzairlilər İsrailin işğal olunmuş Fələstin ərazilərinə, xüsusilə də blokadada olan Qəzza zolağına hücumlarına etiraz ediblər.