İcra başçısı Qazax şəhər stadionunda olub
Qazax rayonunda bütün sahələrə olduğu kimi, idman sahəsinə də diqqət və qayğı göstərilir. Rayon rəhbərliyi fəaliyyətə başladığı ilk gündən idman sahəsini həmişə diqqətdə saxlayır, bu sahənin inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlər görülür. Oktyabrın 17-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, Qazax-Tovuz Regional Gənclər və İdarəsinin rəisi Əziz Məsmalıyev, İdarənin İdman sektorunun müdiri Sahib Namazov, "Göyəzən" MMC-nin direktoru Tahir Yaqubovla birlikdə şəhər stadionunda olub, orada aparılan iməcilik işləri ilə maraqlanıb. Rayon rəhbərliyinə məlumat verilib ki, stadionun içərisində və ətrafında təmizlik, rənglənmə işləri aparılıb, səliqə-sahman yaradılıb.
Oxunub: 333
Xəbəri paylaş
Paylaş: