BMT atəşkəs istəyir - Təcili...
BMT-nin Baş katibi Antoniu Quterreş Yaxın Şərqdə təcili atəşkəsin elan olunması ilə bağlı çağırış edib. Mediaxeberleri.Az xəbər veir ki, o, bu barədə "X"də yazıb. "Mən humanitar əzaba son qoymaq üçün Yaxın Şərqdə təcili humanitar atəşkəslə bağlı çağırış edirəm", - deyə baş katib vurğulayıb. O, regionun taleyinin təhlükə altında olduğuna diqqət çəkib. Qeyd edək ki, HƏMAS qruplaşmasının oktyabrın 7-dən etibarən həyata keçirdiyi hücumlar nəticəsində İsraildə ölənlərin sayı 1 400-ə çatıb, 4 4229 adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb.
Oxunub: 175
Xəbəri paylaş
Paylaş: