Putini Çində belə qarşılayıblar: Blinkendən fərqli olaraq...
Putini Çində fərqli qarşılayıblar. Mediaxeberleri.Az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin Çində qarşılanması ABŞ dövlət katibi Antoni Blinkenin yayda qarşılanmasından fərqli olub. Buna "Newsweek" diqqət çəkib. Belə ki, xəbərdə oktyabrın 17-də “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak etmək üçün Çinə gələn Rusiya liderinin "qırmızı xalça" ilə qarşılandığı qeyd olunur. İyun ayında sözügedən ölkəyə səfər edən amerikalı diplomatın qarşılanması isə bu cür təmtəraqlı olmayıb. Məlumat üçün bildirək ki, Putin Çinə iki günlük səfəri çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirəcək.
Oxunub: 320
Xəbəri paylaş
Paylaş: