Zəngəzur dəhlizində nələr olacaq? - Türk iqtisadçı möhtəşəm layihənin DETALLARINI AÇIQLADI
Türkiyə ilə Azərbaycan arasında əlaqələr keçmişdən bu günə qədər davam edir. İqtisadi baxımdan iki ölkə arasında olan bu əlaqələr Bakı-Tbilisi-Ceyhan boru kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daha da inkişaf edib. Prezident İlham Əliyevlə Prezident Ərdoğanın bu yaxınlarda Naxçıvanda görüşməsi növbəti mərhələlərin olacağının göstəricisidir. Mediaxeberleri.Az xəbər verir ki, bu sözləri Publik.az-a verdiyi müsahibədə türkiyəli iqtisadçı Neşat Gündoğdu deyib. Ekspert Ermənistanla Azərbaycan arasında sülh olduqdan sonra Zəngəzur dəhlizində yaranacaq yeni ticarət yolunun perspektivləri hjaqda da danışıb: “Bu yol Gürcüstan və Rusiyanın nəzarətində olmayacaq. Türk dövlətlərini birbaşa birləşdirən ən etibarlı dəhlizə çevriləcək. Qarşıdakı dövrdə malların və insanların daşınması asanlaşacaq. Həmçinin həmin yolda həm neft, həm də təbii qaz boru kəmərinin olması planlaşdırılır. Bununla yanaşı avtomobil və dəmir yolu xəttinin olması da nəzərdə tutulur. Əgər sürət qatarı olarsa, türk dövlətlərini birləşdirən ən möhtəşəm dəhliz olacaq. Bu yol turizmə olduqca böyük təkan verəcək. Turizm vasitəsilə türk dövlətlərinin bir-birini tanımasına zəmin yaradacaq. Bu da iqtisadi baxımdan böyük əlavə dəyər deməkdir, lakin daha da əhəmiyyətlisi odur ki, qarşılıqlı əlaqələr artacaq. Bir-birimizi daha çox tanıyacağıq, bir-birimizlə daha çox iş görməyə başlayacağıq. Münasibətlərimiz yaxşılaşacaq və hamımızın içində olan Turan ideyasına daha yaxın olacağıq”. Qeyd edək ki, müsahibə yaxın vaxtda Publika.az-da yayımlanacaq. Aysel Şahmar