Cəlilabadda polis əməliyyat keçirdi: Saxlanılan var - FOTO
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Narkotik vasitələrin dövriyyəsinə qarşı Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat keçirilib. Tədbirlərlə saxlanılan 25 yaşlı İskəndər Dadaşovdan ümumilikdə 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib, araşdırma aparılır.

Oxunub: 17
Xəbəri paylaş
Paylaş:





















