Millimiz Portuqaliya yığmasını məğlub etdi
Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Bakıda təşkil olunan Avropa çempionatının C qrupunda ilk matçını keçirib. Mediaxeberleri.Az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv Portuqaliya millisi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan yığmasının 3:1 (25:22, 23:25, 27:25, 25:20) hesablı qələbəsi ilə nəticələnib. Qeyd edək ki, komanda turnirdə növbəti görüşünü avqustun 23-də İspaniya millisinə qarşı keçirəcək. Bakıdakı oyunlar avqustun 28-nə qədər Milli Gimnastika Arenasında təşkil olunacaq.
Oxunub: 28
Xəbəri paylaş
Paylaş:





















