Nura Surinin halı pisləşdi: "Utanıram soruşmağa ki..."
Kamran Ağabalayevlə müsahibədəydim Baku TV-də. Müsahibə boyunca “panic attac”ımla mübarizə apardım. Qaranlıq, bağlı, pəncərəsi olmayan otaqda boğulurdum və büruzə verməməyə çalışırdım. Sonda halım çox pis oldu, nə qədər gizlətməyə çalışsam da, alınmadı. Mediaxeberleri.Az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial mediada yazıb. O bildirib ki, müsahibə boyu özünü narahat hiss edib. "Bu “panic attac”dan qurtulmağın bir yolu olmalıdır. Mən özümlə mübarizə aparmaqdan yoruluram çox. İnsan çox olan, bir də qapalı yerdə tutur bu zibil. Müsahibədən öncə də açılışa getmişdim, adam çox idi. Orada idarə edə bildim. Müsahibədə də necə oldu heç bilmirəm. Utanıram soruşmağa ki, doğru-düzgün cavablandırdım sualları, ya yox?", - Nura paylaşımında qeyd edib.