Növbəti 4 gündə 41 dərəcə isti olacaq - Xəbərdarlıq
Yaxın günlər ərzində ölkə ərazisində hava şəraiti sabit, yağmursuz keçəcək. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O bildirib ki, avqustun 22-25-də havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 33-38, Azərbaycanın rayonlarında 35-38, Mərkəzi Aran və Naxçıvan MR-nın bəzi yerlərində isə 40-41°-dək isti olacağı gözlənilir.
Oxunub: 32
Xəbəri paylaş
Paylaş:





















