Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman
Azərbaycanın kifayət qədər çətin qonşuları var. Böyük Britaniya və Azərbaycan arasında müntəzəm dialoq mövcuddur, biz ortaq təhlükəsizlik və hər iki ölkəyə təsir edən təhdidlər haqqında çox müzakirə edirik. Mediaxeberleri.Az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Dankan Norman mətbuat konfransında deyib. “Biz Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımı çox məmnuniyyətlə görürük. Beləliklə, bir çoxu bu cür institutda olan təhlükəsizlik məsələləri üzrə biz müntəzəm dialoqu saxlayacağıq və əksər məsələlərdə eyni fikirdəyik, yəni biz bir çox məsələləri eyni aspektdə görürük və aramızda çox az fikir ayrılığı var”, - səfir vurğulayıb.
Oxunub: 34
Xəbəri paylaş
Paylaş:





















