Mediaxeberleri.az
    
  • Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
    Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
  • 
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
    “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
    Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
    Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
    Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
    Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY

Son xəbərlər :
  • Qazaxda icra başçısı polkovnik Nemət Pənahovun dəfn mərasimində iştirak edərək ailəsinə başsağlığı verib
  • Türkiyə tarixində bir ilk: Ardanın qiyməti rekord həddə çatdı
  • Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışı bağlı paylaşım edilib - VİDEO
  • Mübariz Mənsimovun gəmisi necə vurulub, ölənlər kimlərdir?
  • Ağstafada 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib - VİDEO
  • Ağamirzənin vəsiyyəti gündəm oldu: "Yasımda yemək verilməsin"
  • Bakıda məktəbdə qətl: şagird sinif yoldaşını öldürdü
  • İlham Əliyev bu çempionatın açılış mərasimini izlədi
  • Süni intellektin yeni istifadəçiləri kimlərdir?
  • Vurulan gəmi Mübariz Mənsimovundur... - VİDEO
  • Müğənni həbsxanaya göndərildi
  • Ermənilər Nəsimini Azərbaycana verəcək, yoxsa “dərisini soyacaq”?
  • Zəngilanda fəhlələr arasında kütləvi dava, xəsarət alan var
  • Novxanıdakı antisanitariya hökm sürən kanalda son vəziyyət - Foto
  • Bu uşaqlara qəhvə qəti qadağan edilməlidir!
  • "Rusiya sərhədində güclü rəqib..." – III Dünya müharibəsi xəbərdarlığı
  • Pul niyə ayın sonuna çatmır? – Səbəb təkcə bahalıq deyilmiş...
  • 89 yaşlı Zeyneb Xanlarovanın yeni FOTOsu
  • Sabiq idarə rəisinin məhkəməsində şahidlər hansı faktları açıqladılar?
  • Rusiyadan xəbərdarlıq: Moskva misli görünməmiş bombardmana hazırlaşır
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

RUSİYADA SƏFƏRBƏRLİK PANİKASI - Əhali banklara “cumur”, hər gün 20 min nəfər...

  • Tarix: 21-08-2026, 12:25

Rusiyada ümumi səfərbərlik elan ediləcəyilə bağlı xəbərlər o qədər çoxalıb və ajiotaj yaradıb ki, Kreml bu xəbərləri təkzib etmək üçün hətta BMT-də bəyanat yaymaq məcburiyyətində qalıb.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya qurumun toplantısında bildirib ki, Rusiya hakimiyyəti sentyabrda keçiriləcək Dövlət Duması seçkilərindən sonra yeni kütləvi səfərbərlik keçirməyi planlaşdırmır. "Hazırda kütləvi səfərbərliyə ehtiyacımız yoxdur; bildiyim qədəri ilə bu, planlaşdırılmır və ya gözlənilmir", - deyə Nebenzya Nyu-Yorkdakı BMT-nin mənzil-qərargahında jurnalistlərə bildirib. O bununla bərabər 18-20 sentyabr tarixlərində keçiriləcək Dövlət Duması seçkilərindən sonra bu məsələ ilə bağlı "kim haqlı, kim haqsız idi" məsələsinə baxmağı təklif edib.

Nebenzyadan əvvəl Rusiya hökumət rəsmiləri və təbliğatçıları da dəfələrlə mümkün yeni səfərbərlik barədə şayiələri təkzib etməyə çalışıblar. İyulun sonlarında Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bu cür məlumatları "cəfəngiyat" adlandırıb və qeyd edib ki, bunlar Rusiyanın "düşmənlərinin" vəziyyəti gərginləşdirmək və ölkədə mənfi əhval-ruhiyyə yaratmaq cəhdləridir.

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi bildirib ki, ordu müqaviləli əsgərlərlə doldurulduğu üçün kütləvi məcburi hərbi xidmətə çağırışdan "söhbət gedə bilməz".

Dövlət Dumasının deputatı general-leytenant Andrey Qurulyov öz növbəsində qeyd edib ki, Rusiya hakimiyyəti hazırda bir milyon səfərbər olunmuş şəxsi heyəti "geyindirməyə, onlara təlim keçməyə, həmin heyəti avadanlıq və silahla təmin etməyə" hazır deyil.

Bütün bunlar ondan xəbər verir ki, Kreml özü də kütləvi səfərbərliyin siyasi və sosial problemlər, gözlənilməz nəticələr yarada biləcəyindən ehtiyat edir. Ona görə də əhalini sakitləşdirməyə çalışır. Lakin bu, Kremlin səfərbərlik planlarından vaz keçdiyini birmənalı olaraq söyləməyə əsas vermir. Ən azı ona görə ki, Rusiyada pul qarşılığında Ukarynaya ölümə getmək istəyənlərin sayı durmadan azalır və bu say cəbhədəki itkiləri əvəzləyə bilmir. Son olaraq Ukrayna Prezidenti Volodimir Zelenski ilin əvvəlindən bəri Rusiya Müdafiə Nazirliyinin 221.000 müqaviləli əsgər çağırdığını, lakin eyni dövrdə itkilərin 225.500 nəfərə çatdığını, o cümlədən 131.000 nəfərin həlak olduğunu bildirib.

Ona görə də, müharibəni davam etdirməkdə və artıq dağılmış şəhər və kəndlərindən başqa heç nəyi qalmayan Donbası ələ keçirməkdə israrlı olan Kremlin əlavə canlı qüvvəyə kəskin ehtiyacı var.

Digər yandan, ruslar Kremlin və onun təbliğatçılarının “səfərbərlik olmayacaq” bəyanatlarına, yumşaq desək, inanır kimi görünmürlər. Bunu ölkədən əhali axınının sürətlənməsi bariz şəkildə göstərir. Rusiya Federal Gömrük Xidmətinin son məlumatına görə, rusların kütləvi şəkildə Verxniy Lars sərhəd keçid məntəqəsindən Gürcüstana axışması müşahidə olunur. Bu da payızda gözlənilən səfərbərlik xəbərləri ilə əlaqələndirilir.




Rusiya sərhəd xidməti son günlər Gürcüstana "rekord sərnişin axını" barədə məlumat verib. Məlumata görə, 15 və 16 avqust tarixlərində hər gün 19 mindən çox, 18 avqustda isə 20 mindən çox rusiyalı Gürcüstana keçib. Qurum qeyd edib ki, "cari rəqəmlər əvvəlki illərin oxşar dövrlərinə aid göstəriciləri xeyli üstələyir".

"Ostorojno Novosti" xəbər agentliyi məlumat verib ki, sərhədin Rusiya tərəfində böyük tıxac yaranıb və nəqliyyat vasitələri saatda 50 metr sürətlə hərəkət edir.

Verxniy Lars Rusiya ilə Gürcüstan arasında yeganə quru sərhəd keçid məntəqəsidir. Bu cür kütləvi axın daha öncə yalnız 2022-ci ilin sentyabr ayının sonundakı səfərbərliklə bağlı müşahidə olunmuşdu.

Ruslar təkcə Gürcüstana axışmır. Son məlumatlara görə, onların axını İrəvanda mənzil kirayəsinə tələbatı kəskin şəkildə artırıb. Nəticədə mənzil kirayəsi qiymətləri azı 30% bahalaşıb.

Buna paralel olaraq, rusların kütləvi şəkildə banklara üz tutaraq, öz əmanətlərini geri çəkməsi, nağdlaşdırması müşahidə olunur. Rusiya Mərkəzi Bankının göstəricilərinə görə, ilin əvvəlindən bəri bank sistemindən 2 trilyon rubldan çox vəsait çıxarılaraq nağdlaşdırılıb. Bu, son illərin rekord göstəricisidir. “Euronews”un verdiyi məlumata görə, nağd pula olan tələbat martın əvvəlindən yüksəlməyə başlayıb və artmaqda davam edir; hər ay hesablardan təxminən 300 milyard rubl çəkilir. Ölkənin yeddi ən böyük kredit təşkilatından beşi ciddi nağd pul axını ilə üzləşib. Bu banklarda vətəndaşların 1 trilyon rubldan çox vəsaiti saxlanılırdı. Mərkəzi Bankın ümumi hesablamalarına əsasən, ilin başlanğıcından bəri Rusiya bank sistemindən 2,4 trilyon rubl nağd pul şəkilində çıxarılıb. Təkcə avqust ayının ilk yarısında bu rəqəm təxminən 300 milyard rubl təşkil edib və bu tendensiya getdikcə sürətlənir.



Rusiya Maliyyə Nazirliyinin keçmiş rəsmisi “Washington Post” nəşrinə müsahibəsində bu vəziyyətin banklar üçün gözlənilməz və təhlükəli olduğunu bildirib: "Banklar bunu proqnozlaşdırmırdılar və həmin vəsaitləri müxtəlif aktivlərə yönəltmişdilər, indi isə əhali hər ay yarım trilyon rubla yaxın pul çıxarır".

Eyni zamanda, müstəqil ekspertlər yaxın zamanda Kremlin rusiyalı oliqarxların banklardakı hesablarına “çökəcəyi” barədə proqnozlar verirlər. Çünki ciddi maliyyə çatışmazlığı və büdcə kəsiri var. Müharibə ölkənin onsuz da xeyli azalan gəlirlərini və ehtiyatlarını “əridir”. Təkcə federal büdcə deyil, regional büdcələr də böyük kəsirlərlə üz-üzədirlər.

Beləliklə, Kremlin Ukraynada israrla davam etdirdiyi və yalnız saysız-hesabsız insan itkisi və dağıntılardan başqa heç nə verməyən bu müharibə Rusiya əhalisinin Kremlə adekvat cavab verməsi, etiraz etməsi əvəzinə, ölkədən kütləvi axın və banklara “hücum”la müşayiət olunur. Bu isə bir daha qonşu xalqları, millətləri bəyənməyən Rusiya cəmiyyətinin özünün hansı acınacaqlı duruma düşdüyünü bir daha göz önünə gətirir…

Cəlal Məmmədli

“AzPolitika.info”


Oxunub: 271
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 20:33 | Qazaxda icra başçısı polkovnik Nemət Pənahovun dəfn mərasimində iştirak edərək ailəsinə başsağlığı verib
    Dünən, 19:38 | Türkiyə tarixində bir ilk: Ardanın qiyməti rekord həddə çatdı
    Dünən, 19:35 | Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışı bağlı paylaşım edilib - VİDEO
    Dünən, 19:33 | Mübariz Mənsimovun gəmisi necə vurulub, ölənlər kimlərdir?
    Dünən, 18:32 | Ağstafada 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib - VİDEO
    Dünən, 17:59 | Ağamirzənin vəsiyyəti gündəm oldu: "Yasımda yemək verilməsin"
    Dünən, 17:57 | Bakıda məktəbdə qətl: şagird sinif yoldaşını öldürdü
    Dünən, 17:55 | İlham Əliyev bu çempionatın açılış mərasimini izlədi
    Dünən, 17:38 | Süni intellektin yeni istifadəçiləri kimlərdir?
    Dünən, 17:36 | Vurulan gəmi Mübariz Mənsimovundur... - VİDEO
    Dünən, 17:04 | Müğənni həbsxanaya göndərildi
    Dünən, 17:02 | Ermənilər Nəsimini Azərbaycana verəcək, yoxsa “dərisini soyacaq”?
    Dünən, 16:58 | Zəngilanda fəhlələr arasında kütləvi dava, xəsarət alan var
    Dünən, 16:26 | Novxanıdakı antisanitariya hökm sürən kanalda son vəziyyət - Foto
    Dünən, 16:13 | Bu uşaqlara qəhvə qəti qadağan edilməlidir!
    Dünən, 16:05 | "Rusiya sərhədində güclü rəqib..." – III Dünya müharibəsi xəbərdarlığı
    Dünən, 15:59 | Pul niyə ayın sonuna çatmır? – Səbəb təkcə bahalıq deyilmiş...
    Dünən, 15:56 | 89 yaşlı Zeyneb Xanlarovanın yeni FOTOsu
    Dünən, 15:53 | Sabiq idarə rəisinin məhkəməsində şahidlər hansı faktları açıqladılar?
    Dünən, 15:40 | Rusiyadan xəbərdarlıq: Moskva misli görünməmiş bombardmana hazırlaşır
    Dünən, 15:37 | Etibarnamə ilə maşın sürənlərin nəzərinə: Artıq köhnəlmiş mexanizm...
    Dünən, 15:30 | Dövlət xidmətinin 100-dən çox əməkdaşının işinə prokurorluq baxacaq
    Dünən, 14:12 | Böyük futbol axşamı: Fransa Belçikaya, İtaliya Türkiyəyə qarşı
    Dünən, 10:25 | Badamdarda böyük tikinti cinayəti: Vüqar Zeynalov və Anar Quliyev necə sərəncam verib?
    Dünən, 09:31 | Ağstafada kafedə qardaşlar dava saldılar: Qan töküldü
    Dünən, 07:20 | Toyda baş verən mübahisə ölümlə nəticələndi
    Dünən, 07:19 | Üç ölkə Ay uğrunda mübarizəyə başlayır
    Dünən, 07:18 | Portuqaliya 1/4 finala vəsiqə qazandı
    4-10-2026, 19:15 | "Azərbaycanla Türkiyə münasibətləri tarixin özünə bir örnəkdir" - R.Becanovun yazısı
    4-10-2026, 19:08 | Əhməd Yusifov dünya çempionu oldu - VİDEO
    4-10-2026, 18:57 | Azərbaycan millisi Litvanı məğlub etdi, liderliyə yüksəldi- Video
    4-10-2026, 18:35 | Müasir İran siyasətində “Şahnamə” kodları - ANALİZ
    4-10-2026, 14:17 | Ukraynaya hücumlar daha da gücləndiriləcək - MN
    4-10-2026, 13:20 | Azərbaycanda hava kəskin dəyişdi: Dağlara qar, rayonlara leysan yağdı - Foto/Video
    4-10-2026, 13:10 | Rusiyada 100 min ayı məhv ediləcək – Qərar
    4-10-2026, 12:19 | Diktə dövrü başa çatıb, Hörmüz açılmayacaq - Qalibaf
    4-10-2026, 12:17 | Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı
    4-10-2026, 12:15 | Bakıda yaşayış evi uçdu: ölən və yaralanan var
    4-10-2026, 11:20 | Şəfəq qəsəbəsində binada partlayış olub, bir nəfər yaralanıb - VİDEO
    4-10-2026, 10:20 | Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
    4-10-2026, 10:18 | Gəncəyə ilk raket hücumundan altı il ötür
    4-10-2026, 10:16 | Ukraynaya kütləvi hücum: Rusiyada hazırlıq başladı
    4-10-2026, 08:19 | Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
    4-10-2026, 08:17 | Tovuzda qadının ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO
    4-10-2026, 08:15 | "Fənər"in baş məşqçisi "Turan"la oyunu şərh etdi
    4-10-2026, 08:13 | Konsulluğumuz önündə aksiya: Ankaranın da rolu varmı?
    4-10-2026, 08:12 | Bu uşaqlara qəhvə qəti qadağan edilməlidir!
    3-10-2026, 22:38 | Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto
    3-10-2026, 22:24 | Rusiyaya zərbələri ikiqat artıracağıq - Zelenski
    3-10-2026, 22:21 | Bakıda market və avtomobildən oğurluq edənlər saxlanıldı
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.