UEFA Konfrans Liqası: "Qarabağ" "Tvente"yə qalib gəldi - VİDEO
Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində ilk oyununa çıxıb. Mediaxeberleri.Az xəbər verir ki, Qurban Qurbanovun komandası "Tvente" ilə Niderlandda qarşılaşır. "De Qrolş Veste" stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 22:00-da start götürüb. Matçı Albaniyadan olan hakimlər briqadası idarə edir. Komandalar arasında cavab oyunu avqustun 27-də Bakıda - Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq. "Qarabağ" və "Tvente" komandaları bunadək 2009-cu ildə və 2014-cü Avropa Liqasının pley-off mərhələlərində üz-üzə gəliblər. İlk dəfə mərhələ keçən tərəf "Tvente" olub (3:1, 0:0). İkinci dəfə isə "Qarabağ uğur qazanıb. Bakıdakı ilk matç 0:0, Enşededəki cavab oyunu 1:1 hesabı ilə yekunlaşıb. Qurban Qurbanovun komandası o vaxtkı səfər qolu sayəsində tarixində ilk dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazanıb. Konfrans Liqası, pley-off mərhələsi, ilk oyun 20 avqust 22:00. "Tvente" (Niderland) - "Qarabağ" (Azərbaycan) - 0:1 Qol: Kadi Borges, 52 Baş hakim: Cuxin Caca (Albaniya) "De Qrolş Veste", Enşede, Niderland





















