Bu ölkədə anomal istilər: 4,4 min insan öldü
İspaniyada anomal istilər səbəbindən 4,4 mindən çox insan ölüb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə İspaniya mediasının məlumatında deyilir. Qeyd olunub ki, bu göstərici rekord olan 2022-ci ilin göstəricisinə yaxınlaşıb. Belə ki, bu il iyunun 1-dən avqustun 19-dək 4458 ölüm halı qeydə alınıb. İyundan etibarən İspaniyada anomal isti hava şəraiti hökm sürür. Bir sıra bölgələrdə havanın temperaturu dəfələrlə 40 dərəcəni keçib.
Oxunub: 27
Xəbəri paylaş
Paylaş:





















