"Sabah" "Hapoel"ə qarşı: Oyunda ikinci qol vuruldu - CANLI YAYIM
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Rumıniyanın paytaxtı Buxarestdə üz-üzə gələcək İsrailin "Hapoel" (Beer-Şeva) və Azərbaycanın "Sabah" komandalarının start heyətləri açıqlanıb. Mediaxeberleri.Az xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 23:00-da start götürəcək matçda meydana aşağıdakı "11"lərlə çıxacaqlar: "Hapoel": 1. Ofir Marsiano, 2. Qay Mizrahi, 4. Migel Vitor, 5. Pedro Amador, 12. İtay Rotman, 7. Eliel Peretz, 25. Lukas Ventura, 28. Niv Yehoşua, 9. Zahi Ahmed, 66. İqor Zlatanoviç, 20. Ceyvon İst. Baş məşqçi: Ran Kojux. "Sabah": 92. Stas Pokatilov, 3. Stiv Solve, 5. Rəhman Daşdəmirov, 27. Timoteuş Puxaç, 80. Akim Zedadka, 13. İvan Lepinitsa, 7. Umarali Raxmonaliyev, 10. Aleksey İsayev, 20. Coy-Lens Mikels, 21. Velko Simiç, 34. Ksander Severina. Baş məşqçi: Valdas Dambrauskas. Rumıniyanın paytaxtı Buxarestdəki "Quleşti" stadionunda keçirilən oyun başlayıb. UEFA Çempionlar Liqası Hapoel Beer-Şeva (İsrail) – Sabah 1:1 (Fasilə) Qol: Velko Simiç, 6 (0:1), Javon İst, 43 (1:1) 
Pley-off mərhələsi, ilk oyun
19 avqust
Hakimlər: Davide Massa, Filippo Meli, Alessio Berti, Matteo Marsenaro (hamısı İtaliya).
Buxarest. “Rapid Arena”.





















