NATO-dan İrana xəbərdarlıq: Hər bir təhdidə cavab verməyə hazırıq
NATO hər bir təhdidə cavab verməyə hazırdır. Bunu anonim NATO rəsmisi CNN-ə açıqlamasında “Financial Times”-ın İranın ABŞ-ın Avropadakı hərbi hədəflərinə zərbə endirməyə hazırlaşdığına dair yazısına münasibət bildirərkən deyib. NATO rəsmisi bu ilin əvvəlində NATO Hava Hücumundan Müdafiə Sistemlərinin İrandan Türkiyəyə atılan raketləri uğurla zərərsizləşdirdiyini xatırladıb. O qeyd edib ki, NATO-nun çəkindiriciliyi, müdafiə qüvvələri güclü və effektivdir. Qeyd edək ki, “Financial Times” qəzetinə danışan iranlı anonim rəsmi ABŞ-ın eskalasiyanı artıracağı təqdirdə, Tehranın Avropada ABŞ hərbi obyektlərini hədəfə alacağını bildirib.
Oxunub: 29
Xəbəri paylaş
Paylaş:





















