Mediaxeberleri.az
    
  • Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
    Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
  • 
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
    “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
    Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
    Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
    Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
    Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY

Son xəbərlər :
  • Qazaxda icra başçısı polkovnik Nemət Pənahovun dəfn mərasimində iştirak edərək ailəsinə başsağlığı verib
  • Türkiyə tarixində bir ilk: Ardanın qiyməti rekord həddə çatdı
  • Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışı bağlı paylaşım edilib - VİDEO
  • Mübariz Mənsimovun gəmisi necə vurulub, ölənlər kimlərdir?
  • Ağstafada 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib - VİDEO
  • Ağamirzənin vəsiyyəti gündəm oldu: "Yasımda yemək verilməsin"
  • Bakıda məktəbdə qətl: şagird sinif yoldaşını öldürdü
  • İlham Əliyev bu çempionatın açılış mərasimini izlədi
  • Süni intellektin yeni istifadəçiləri kimlərdir?
  • Vurulan gəmi Mübariz Mənsimovundur... - VİDEO
  • Müğənni həbsxanaya göndərildi
  • Ermənilər Nəsimini Azərbaycana verəcək, yoxsa “dərisini soyacaq”?
  • Zəngilanda fəhlələr arasında kütləvi dava, xəsarət alan var
  • Novxanıdakı antisanitariya hökm sürən kanalda son vəziyyət - Foto
  • Bu uşaqlara qəhvə qəti qadağan edilməlidir!
  • "Rusiya sərhədində güclü rəqib..." – III Dünya müharibəsi xəbərdarlığı
  • Pul niyə ayın sonuna çatmır? – Səbəb təkcə bahalıq deyilmiş...
  • 89 yaşlı Zeyneb Xanlarovanın yeni FOTOsu
  • Sabiq idarə rəisinin məhkəməsində şahidlər hansı faktları açıqladılar?
  • Rusiyadan xəbərdarlıq: Moskva misli görünməmiş bombardmana hazırlaşır
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Bakının bu ərazilərində mağazalar kütləvi şəkildə bağlanır

  • Tarix: 18-08-2026, 21:43

Bakının əsas ticarət küçələrində bəzi kommersiya obyektlərinin boş qalması və icarəyə çıxarılan obyektlərlə bağlı elanların artması son dövrlərdə diqqət çəkən məsələlərdəndir.

Mediaxeberleri.Az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc Ölkə.az-a açıqlamasında bu vəziyyəti yalnız sahibkarların fəaliyyətindəki zəifləmə ilə əlaqələndirməyin düzgün olmadığını bildirib.

Onun sözlərinə görə, icarə qiymətlərinin yüksək olması, biznes xərcləri, istehlakçı davranışındakı dəyişikliklər və obyektlərin yerləşdiyi ərazilərin kommersiya imkanları bu prosesə birlikdə təsir göstərir.

Vüqar Oruc əlavə edib ki, aktiv biznesin müəyyən dərəcədə passivləşməsinin əsas səbəblərindən biri pandemiya dövründən başlayan prosesin indi də davam etməsidir:

“Aktiv biznesin müəyyən dərəcədə passivləşməsinin əsas səbəbi pandemiya dövründən başlayan prosesin hazırda da davam etməsidir. İnsanlar daha çox sığortalanmış, yəni risklərdən azad olan istiqamətlərdə fəaliyyət göstərməyə üstünlük verirlər. Məsələn, daşınmaz əmlak alıb təmir edərək satmaq və ya onu icarəyə vermək kimi daşınmaz əmlaka söykənən biznes modeli ölkədə formalaşdığı üçün alternativ biznes sahələrində müəyyən fasilələr yarana bilər. Lakin bu, həmin obyektlərin daima boş qalacağı anlamına gəlmir. Bu vəziyyət sadəcə mülkiyyətçilərin və ya sahibkarların obyektlərin icarə qiymətini düzgün qiymətləndirməməsinin nəticəsidir. Yaxşı olar ki, hər hansı bir obyekt bazara icarəyə təqdim edilməzdən əvvəl peşəkar qiymətləndiriciyə müraciət olunsun və qiymətləndirici onun icarə haqqının real bazar dəyərini müəyyən etsin.

Bakının əsas ticarət küçələrində kommersiya obyektlərinin icarə qiymətləri kifayət qədər yüksəkdir. Hazırda şəhərin mərkəzi və daha çox ticarət axınının olduğu küçələrdə 1 kvadratmetr üçün 30 manat və daha yüksək icarə haqqı tələb olunan obyektlərə rast gəlinir. Lakin burada vahid qiymətdən danışmaq olmaz. Obyektin yerləşdiyi küçə, piyada axını, metroya yaxınlığı, sahəsi, təmir vəziyyəti, vitrin imkanları və parklanma şəraiti icarə qiymətinə birbaşa təsir göstərir”.

Vüqar Orucun sözlərinə görə, sahibkar üçün icarə haqqının yüksək olması yalnız onun aylıq ödənişindən ibarət məsələ deyil:

“Sahibkar icarə haqqı ilə yanaşı əməkhaqqı, kommunal xərclər, vergi, məhsulun maya dəyəri, logistika, reklam və digər xərcləri də qarşılamalıdır. Məsələn, 250 kvadratmetrlik obyektə görə ayda 7 min manat icarə ödəyən sahibkarın həmin xərci biznes dövriyyəsi hesabına qarşılaması lazımdır. Əgər obyektin aylıq dövriyyəsi bütün xərcləri və sahibkarın gözlədiyi gəliri təmin etmirsə, yüksək icarə haqqı biznes üçün ciddi yükə çevrilir. Bu halda sahibkarın daha münasib qiymətli obyektə keçməsi və ya fəaliyyətini həmin ərazidən çıxarması təbiidir”.

Onun sözlərinə görə, bu vəziyyət geniş yayıldıqda təkcə ayrı-ayrı sahibkarların deyil, bütövlükdə həmin ərazinin iqtisadi fəallığının zəifləməsinə səbəb ola bilər:

“Ticarət küçəsində obyektlərin uzun müddət boş qalması müştəri və piyada axınına, digər obyektlərin dövriyyəsinə və nəticə etibarilə məşğulluğa təsir göstərə bilər. Proses davamlı xarakter alarsa, xidmət sektorunun dövriyyəsində və vergi daxilolmalarında da müəyyən azalma yarana bilər. Ona görə də boş obyektlərin sayının artması bazar üçün nəzərə alınmalı siqnaldır”.

Bununla yanaşı, AQC sədri hesab edir ki, boş obyektlərin artması bazarın özünü tənzimləməsi baxımından da müəyyən rol oynayır:

“Mövcud vəziyyət həm də mülkiyyətçilərin icarə qiymətlərini düzgün dəyərləndirməməsindən qaynaqlanır. Əgər obyekt uzun müddət boş qalırsa, deməli, sahibinin tələb etdiyi qiymətlə bazarın real ödəmə qabiliyyəti arasında uyğunsuzluq var. Ona görə də hər hansı obyekti bazara təqdim etməzdən əvvəl peşəkar qiymətləndiriciyə müraciət olunmalı və obyektin real bazar icarə dəyəri müəyyənləşdirilməlidir.

Mülkiyyətçi yüksək icarə haqqını saxlaya bilər, amma bunun müqabilində obyektin aylarla boş qalması riskini də qəbul edir. Halbuki daha real qiymətlə uzunmüddətli icarəçi tapmaq bəzi hallarda daha sərfəli olur. Məsələn, aylıq 7 min manatlıq obyekt 6 ay boş qalarsa, mülkiyyətçinin əldə edə bilmədiyi potensial gəlir 42 min manat təşkil edir".

Vüqar Oruc bildirib ki, buna görə kommersiya obyektlərinin icarə qiymətləri müəyyən edilərkən yalnız mülkiyyətçinin gözləntisi deyil, bazarın real göstəriciləri və obyektin gəlirlilik potensialı nəzərə alınmalıdır:

“Kommersiya obyektinin qiymətləndirilməsində əsas məsələlərdən biri onun iqtisadi fayda yaratmaq imkanlarıdır. Eyni şəhərdə, hətta eyni rayonda iki obyektin qiyməti arasında ciddi fərq ola bilər. Ona görə də ‘Bakıda icarə haqları bahadır’ fikrini bütün bazara şamil etmək düzgün deyil. Daha doğru yanaşma konkret obyektin icarə haqqının onun lokasiyasına, xüsusiyyətlərinə və yaratdığı gəlir imkanlarına uyğun olub-olmadığını müəyyənləşdirməkdir”.

AQC İdarə Heyətinin sədri hesab edir ki, hazırkı mərhələdə həm sahibkarların, həm də əmlak sahiblərinin bazardakı real vəziyyəti nəzərə alması vacibdir:

“İcarə haqqı bazarın ödəmə imkanından əhəmiyyətli dərəcədə yüksək olduqda obyektin boş qalması, sahibkarın fəaliyyətini dayandırması və nəticədə həmin ərazidə kommersiya fəallığının zəifləməsi riski artır. Ona görə də burada əsas məsələ qiymətin sadəcə yüksək və ya aşağı olması deyil, onun bazar şərtlərinə nə dərəcədə uyğun olmasıdır”.


Oxunub: 351
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 20:33 | Qazaxda icra başçısı polkovnik Nemət Pənahovun dəfn mərasimində iştirak edərək ailəsinə başsağlığı verib
    Dünən, 19:38 | Türkiyə tarixində bir ilk: Ardanın qiyməti rekord həddə çatdı
    Dünən, 19:35 | Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışı bağlı paylaşım edilib - VİDEO
    Dünən, 19:33 | Mübariz Mənsimovun gəmisi necə vurulub, ölənlər kimlərdir?
    Dünən, 18:32 | Ağstafada 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib - VİDEO
    Dünən, 17:59 | Ağamirzənin vəsiyyəti gündəm oldu: "Yasımda yemək verilməsin"
    Dünən, 17:57 | Bakıda məktəbdə qətl: şagird sinif yoldaşını öldürdü
    Dünən, 17:55 | İlham Əliyev bu çempionatın açılış mərasimini izlədi
    Dünən, 17:38 | Süni intellektin yeni istifadəçiləri kimlərdir?
    Dünən, 17:36 | Vurulan gəmi Mübariz Mənsimovundur... - VİDEO
    Dünən, 17:04 | Müğənni həbsxanaya göndərildi
    Dünən, 17:02 | Ermənilər Nəsimini Azərbaycana verəcək, yoxsa “dərisini soyacaq”?
    Dünən, 16:58 | Zəngilanda fəhlələr arasında kütləvi dava, xəsarət alan var
    Dünən, 16:26 | Novxanıdakı antisanitariya hökm sürən kanalda son vəziyyət - Foto
    Dünən, 16:13 | Bu uşaqlara qəhvə qəti qadağan edilməlidir!
    Dünən, 16:05 | "Rusiya sərhədində güclü rəqib..." – III Dünya müharibəsi xəbərdarlığı
    Dünən, 15:59 | Pul niyə ayın sonuna çatmır? – Səbəb təkcə bahalıq deyilmiş...
    Dünən, 15:56 | 89 yaşlı Zeyneb Xanlarovanın yeni FOTOsu
    Dünən, 15:53 | Sabiq idarə rəisinin məhkəməsində şahidlər hansı faktları açıqladılar?
    Dünən, 15:40 | Rusiyadan xəbərdarlıq: Moskva misli görünməmiş bombardmana hazırlaşır
    Dünən, 15:37 | Etibarnamə ilə maşın sürənlərin nəzərinə: Artıq köhnəlmiş mexanizm...
    Dünən, 15:30 | Dövlət xidmətinin 100-dən çox əməkdaşının işinə prokurorluq baxacaq
    Dünən, 14:12 | Böyük futbol axşamı: Fransa Belçikaya, İtaliya Türkiyəyə qarşı
    Dünən, 10:25 | Badamdarda böyük tikinti cinayəti: Vüqar Zeynalov və Anar Quliyev necə sərəncam verib?
    Dünən, 09:31 | Ağstafada kafedə qardaşlar dava saldılar: Qan töküldü
    Dünən, 07:20 | Toyda baş verən mübahisə ölümlə nəticələndi
    Dünən, 07:19 | Üç ölkə Ay uğrunda mübarizəyə başlayır
    Dünən, 07:18 | Portuqaliya 1/4 finala vəsiqə qazandı
    4-10-2026, 19:15 | "Azərbaycanla Türkiyə münasibətləri tarixin özünə bir örnəkdir" - R.Becanovun yazısı
    4-10-2026, 19:08 | Əhməd Yusifov dünya çempionu oldu - VİDEO
    4-10-2026, 18:57 | Azərbaycan millisi Litvanı məğlub etdi, liderliyə yüksəldi- Video
    4-10-2026, 18:35 | Müasir İran siyasətində “Şahnamə” kodları - ANALİZ
    4-10-2026, 14:17 | Ukraynaya hücumlar daha da gücləndiriləcək - MN
    4-10-2026, 13:20 | Azərbaycanda hava kəskin dəyişdi: Dağlara qar, rayonlara leysan yağdı - Foto/Video
    4-10-2026, 13:10 | Rusiyada 100 min ayı məhv ediləcək – Qərar
    4-10-2026, 12:19 | Diktə dövrü başa çatıb, Hörmüz açılmayacaq - Qalibaf
    4-10-2026, 12:17 | Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı
    4-10-2026, 12:15 | Bakıda yaşayış evi uçdu: ölən və yaralanan var
    4-10-2026, 11:20 | Şəfəq qəsəbəsində binada partlayış olub, bir nəfər yaralanıb - VİDEO
    4-10-2026, 10:20 | Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
    4-10-2026, 10:18 | Gəncəyə ilk raket hücumundan altı il ötür
    4-10-2026, 10:16 | Ukraynaya kütləvi hücum: Rusiyada hazırlıq başladı
    4-10-2026, 08:19 | Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
    4-10-2026, 08:17 | Tovuzda qadının ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO
    4-10-2026, 08:15 | "Fənər"in baş məşqçisi "Turan"la oyunu şərh etdi
    4-10-2026, 08:13 | Konsulluğumuz önündə aksiya: Ankaranın da rolu varmı?
    4-10-2026, 08:12 | Bu uşaqlara qəhvə qəti qadağan edilməlidir!
    3-10-2026, 22:38 | Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto
    3-10-2026, 22:24 | Rusiyaya zərbələri ikiqat artıracağıq - Zelenski
    3-10-2026, 22:21 | Bakıda market və avtomobildən oğurluq edənlər saxlanıldı
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.