Çempionlar Liqasında "Sabah"ın rəqibində iki ayrılıq
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Sabah"ın rəqibi olan "Hapoel"də (Beer-Şeva) iki ayrılıq yaşanıb. Mediaxeberleri.Az Qol.az-a istinadən xəbər verir ki, Mor Siman Tov Kiryat Şmona Hapoel"inə, Yoav Koren isə "Makkabi"yə (PetaH-Tikva) icarəyə verilib. Hər iki futbolçu 2026/27 mövsümünü adıçəkilən klublarda çıxış edəcək. Qeyd edək ki, "Sabah"la "Hapoel" arasında ilk oyun avqustun 19-da Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək. Komandalar arasında cavab matçı isə avqustun 25-də Bakıda olacaq.
Oxunub: 24
Xəbəri paylaş
Paylaş:





















