7 nazirlik işçi axtarır: 4 minə yaxın maaş...
Azərbaycanda müxtəlif dövlət qurumlarında iş axtaranlar üçün yeni vakansiyalar elan edilib. Vakansiyalar arasında bir sıra nazirliklərdə təklif olunan iş yerləri də var. Mediaxeberleri.Az Valyuta.az-a istinadla xəbər verir ki, sözügedən vakansiyalar üzrə əməkhaqqı 3 700 manatdan çoxdur. Vakansiya elan edilən nazirliklər və vakant yerlərin sayı aşağıdakı kimidir: Mədəniyyət Nazirliyi - 1 vəzifə üzrə 1 yer; Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi - 2 vəzifə üzrə 2 yer; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - 7 vəzifə üzrə 7 yer; Energetika Nazirliyi - 2 vəzifə üzrə 2 yer; Ekologiya və Təbii Sərvətlər Nazirliyi - 3 vəzifə üzrə 3 yer; Gənclər və İdman Nazirliyi - 11 vəzifə üzrə 11 yer; Müdafiə Sənayesi Nazirliyi - 3 vəzifə üzrə 3 yer.
Oxunub: 33
Xəbəri paylaş
Paylaş:





















